Cinsi təhsil

Dünya Səhiyyə

 Təşkilatı qeyd edir ki, bioloji və cinsi fərqlərə görə, qadın və kişilərin sağlamlıq və onunla bağlı xidmətlərin əlçatanlığın baxımından fərqli problemləri var. Fərqli sosial-mədəni faktorlara görə qadınlar kişilərə nisbətən səhiyyə xidmətlərindən istifadə etməkdə daha zəifdirlər. Həmçinin onların fərqli tibbi ehtiyacları vardır, çünki biloji baxımdan qadınlar və kişilər fərqli xəstəliklər riskləri ilə üz-üzədir. Xəstəliklərin Milli Yoxlama Mərkəzinin göstəricilərinə əsasən, 2005-2007-ci illərdə, Gürcüstanda, qadınlarda ən çox görülən bədxassəli xəstəliklərdən birinci yerdə süd vəziləri (I yer), tiroid vəziləri (II yer) xəstəliklərdir. Üçüncü, dördüncü və beşinci yerlərdə kiçik fərqlərlə uşaqlıq divari, uşaqlıq boğazı və kolorektum xəstəliklərdir. Süd vəzi xərçəngi Süd vəzi xərçənginin erkən mərhələdə təşhisi, onunla mübarizə aparmaq üçün çox mühümdür. Ona görə də simptomlar və şübhəniz olduğu təqdirdə mütləq həkimə müraciət etməlisiniz. Erkən diaqnoz üçün, bir çox qadın, əliylə toxunmaq yoluyla ayda bir dəfə döşündə bəzin olub- olmamasını yoxlayır. Bu metoda bir çox qadın müraciət edir, məsələn ABŞ-da süd vəzi xərçəngi aşkarlanan qadınların 40 faizi özü əliylə yoxlayanda şübhələnib həkimə müraciət edənlərdir. Özünüzün yoxlamağınızın bir neçə yolu var: Yuyunarkən Barmaqlarınızla dairəvi hərəkətlərlə sinənizə toxunun və barmaqlarınızı qıraqdan mərkəzə doğru hərəkət etdirin. Belə bütün sinənizi və qoltuq altınızı yoxlayın. Döşünüzü hər ay yoxlayın və yaranan hər bəzin möhkəmliyini hiss edin. Əgər bir dəyiş hiss etsəniz həkimə müraciət edin. Güzgü qarşısında Əlinizi buraxın və sinənizə baxın. Sonra çiyinlərinizi yuxarı qaldırın. Yaranan hər dəyişlikliyə, şişmək, dərinin toplanması (portağal qabığı tək) və ya döş ucunda dəyişiklikliyə diqqət edin. Uzanmış şəkildə Uzandıqda döşünüz sinə sümüklərinə bərabər yayılır. Sağ tərəfinizə bir yastıq yerləşdirin və sağ qolunuzu yuxarı qaldırın və başınızın arxasına qoyun. Sağ əlinizlə sağ döşünüzə yavaşca yoxlayın. Güclü, orta və zəif toxunuşlardan istifadə edin. Döş ucunuzu yoxlayın, hansısa bir axıntı və ya bərklik olub-olmadığını yoxlayın. Tibbi texnologiyalar xərçəngi və başqa bəziləri onu əlimizlə hiss etməyə başlamadan əvvəl aşkarlayan bilir. Ona görədə müayinə çox vacibdir. Müayinə və ayda bir dəfə əlimizlə yoxladıqda qadınlar onların sinəsinin vəziyyətini bilir və kiçik fərq olduqda həkimə müraciət edirlər. Əgər əlinizlə yoxladıqda hansısa bəzə rast gəlsəniz qorxmayın, çünki statistikaya əsasən 10 vəzdən 8-i xərçəng deyil. Amma rahat olmaq üçün yenədə həkimə müraciət edin. Nəzərə alın ki, Tbilisidə qeydiyyatda olan hər bir vətəndaşa 40 yaşdan 70 yaşadək, müayinə pulsuzdur, buna mammoqrafik yoxlanması; lazım olduğu təqdirdə – sinənin exoskopiyası və mammoloq tərəfindən müayinəsi daxildir; lazım olduğu təqdirdə biopsiya da pulsuzdur. Döş xərçəngi iki ildə bir dəfə pulsuzdur. Regionlarda qeydiyyatda olan vətəndaşlara isə 40 yaşdan 70 yaşadək pulsuzdur. Buna mammoqrafik yoxlanma daxildir. Lazım olduqda isə döş exoskopiyası da pulsuzdur. Bu müayinə iki ildə bir dəfə pulsuzdur. Bu xidmətdən istifadə etmək üçün Gürcüstanın Müayinə Mərkəzinin qaynar xəttinə (032) 2-20-35-35 zəng edin və bildirin ki, bu xidmətdən istifadə etmək istəyirsiniz. onlar sizin şəxsiyyət vəsiqənizin nömrəsinə görə sizi müvafiq mərkəzə yönləndirəcək Tiroid vəzi xərçəngi Tiroid vəzi xərçəngi Gürcüstanda qadınlarda ən çox yayılan ikinci bədxassəli xəstəlikdir. Qeyd olunan xəstəliyin simptomları bunlardır: Boğazda sürətlə böyüyən bəz; Boğazda şiş; Boğazın on tərəfində ağrı, bəzən qulağa kimi; Səsin dəyişməsi və ya uzun müddət davam edən başqa dəyişikliklər; Udmaqda çətinlik; Nəfəs alan zaman çətinlik çəkmək; Soyuqdəymə ilə əlaqədər olmayan, daimi öskürək. Əgər yuxarıda qeyd olunan hansısa bir simptom sizdə varsa həkimə müraciət edin. Nəzərə alın ki, riks qrupunda olan, 25- yaşdan 70 yaşadək, Tbilisidə qeydiyyatda olan, Gürcüstan vətəndaşı qadınlara pulsuzdur. Eyni zamanda tiroid vəzi xərçənginin idarəsi 25 yaşdan 70 yaşadək, Tbilisidə qeydiyyatda olan qadınlara pulsuzdur. Pulsuz proqramlarla bağlı məlumat almaq üçün (032) 2-20-35-35 nomrəsinə zəng edə bilərsiniz. Uşaqlıq boğazı xərçəngi Uşaqlıq boğazı xərçəngi insanın papillomavirusa (HPV) yoluxmasının uzunmüddətli nəticəsidir. Qeyd etmək lazımdır ki, Dünya Səhiyyə Təşkilatına görə, uşaqlıq boğazı xərçənginin 80 faizdən çox aşağı gəliri olan ölkələrdə qeydə alınır. Papillomavirusun vaksinlə qarşısı alına bilər. 100-dən çox belə virus var və bunların ən az 14-ü xərçəngə səbəb olur. Qeyd olunan virus əsas cinsi konatkla keçir. HPV reproduktiv kanalları ən viral infeksiyadır. Qeyd olunan virusun bir çox növü qorxulu deyil və müdaxilə olmadan, bir neçə ay ərzində bədəndən çıxır. Amma virusun bir neçə növü isə inkişaf edib, uşaqlıq boyunu xərçənginə səbəb ola bilər. Uşaqlıq boğazı xərçənginin demək olar ki hər növü papillomavirusla əlaqəlidir.