Nigah ər-arvadın ailə qurmaq məqsədiylə, hər ikisinin razı olduğu əlaqədir. Nigah mülki qeydiyyat orqanında (Ədliyyə evində) qeydiyyatdan keçir. Qeydiyyatdan keçirilmədiyi halda evlilik rəsmi olmur. Dini nigah və ya buna oxşar tədbirlərin hüquqi qüvvəsi yoxdur.
Evlilik iki halda bitir: 1) tərəflərin birinin ölməsi, ölü olaraq elan edilməsi, 2) boşanma.
Aliment. Boşanma zamanı alimentə görə mübahisələr tez-tez müşahidə olunur. Qeyd edək ki, aliemt tez-tez valideyinin uşağa olan öhdəliyi kimi başa düşülür, amma Gürcüstan qanunvericiliyinə əsasən tərflərdən biri alimenti həm uşağına, həm tərəflər bir-birinə, bacı-qardaşa, nənə-babaya, ögey ana- ögey ataya və eyni zamanda baxıcıya da ödənilə bilər. Aliment ödəmək ailənin, ictimai hadisənin öhdəliyidir.
Onun ödənmə prinsipi prinsipi ailə üzvlərinin bir-birinə kömək, dəstək olmasıdır. Əgər tərəflər bu öhdəliyi yerinə yetirmirsə bu münisbətə dövlət müdaxilə edir və qanunla çətinlikdə olan ailə üzvünə , məhkəmə yoluyla başqa ailə üzvündən kömək almasını təmin edir. Mülk. Ümumi qaydaya əsasən evlilik müddıtində qazanılan mülk (bəzi istisna hallardan başqa) ər-arvadın mülkü sayaılır və hər iki tərəfin bərabər hissələri vardır. Uşağın valideyinlə yaşamaq hüququ. Uşağın harada yaşayacağı tərəflər arasında razılaşmayla qərar verilə bilər, əgər tərəflər razılaşmırsa bu məsələ məhkəmə yoluyla həll olunur.
Bizim cəmiyyətdə isə əksər hallarda evlilik zamanı kişi mülk qazanır, aliment ödəmək də kişinin öhdəliyidir çünki qadının işləmək üçün nə təcrübəsi nə də imkanı olmur. Qeydiyyatsız evlilikdə isə, buna erkən evlilik də daxildir, boşanma zamanı qadın bu hüquqlardan çətin faydalana bilir. Rəsmi sənəd olmadığı üçün qadın, məhkəmə sübut və şahidlərlə evli olduğunu isbat etməlidir ki, bunlardan faydalana bilsin. Evlilik zamanı rəsmi nigahın olub-olmamasına isə kişi qərar verir. Evliliyi qeydiyyatdan keçməmiş, aillə zorakılığı qurbanı qadınlar yaşayış yerləri olmadığı üçün təcavüzkardan ayrıla bilmir. Boşanma zamanı onun evli olduğu isbat olunmaya bilər, və ya bu çox uzunmüddətli proses ola bilər, və ya qadın rəsmi nigahı olmadığı üçün heç bir mülk tələb etməyə haqqının olmadığını düşünüb heç vaxt məhkməyə müraciət etməyə bilər.
არარეგისტრირებული ქორწინება
ასევე, ოჯახში ძალადობის მსხვერპლი ქალებიც ხშირად ვერ შორდებიან ქმარს, რადგან საცხოვრებელი არ გააჩნიათ. ქალმა განქორწინების შემთხვევაშიც შეიძლება ვერ დაამტკიცოს, რომ რეალურად აქამდე დაოჯახებული იყო, ან შეიძლება ეს იყოს გრძელვადიანი პროცესი და შეიძლება მოითხოვდეს ადვოკადის დაქირავებას, რაც გარკვეულ თანხასთან არის დაკავშირებული, ან შეიძლება, რადგან ქალი იმყოფება არარგისტრირუბულ ქორწინებაში, ჩათვალოს, რომ იგი ვერასოდეს ისარგებლებს კუთვნილი ქონებით და ამის გამო არც მიმართოს სასამართლოს.