Qadınların geyiminə qarışmaq bir növ şiddətin göstərcəsidir. Şiddət, insanın ləyaqətinə, bədən bütövlüyünə, azadlığına, yaşamaq hüququna, təhlükəsizliyinə və cinsəlliyinə qarşı edilən zorlayıcı, təcavüzkar və pis davranışların məcmusudur. Onlara zidd olan sosial davranışlarda, insanın ləyaqətinə, bədən bütövlüyünə, azadlığına, yaşamaq hüququna, təhlükəsizliyinə və cinsəlliyinə qarşı məcburi davranışlardır.Bu yaxınlarda statistik göstəricilərə nəzər saldım və qadınların geyim azadlığını tələb etdiyi üçün her il sayısı dahada artan boşanma məhkəmələrinin açıldığını öyrəndim.
Geyimdə boşanma səbəbləri nələrdir? Bu əhatə dairəsi öz daxilində qruplara bölünür. Bunlara bir nümunə versək;
Gizlətmək üçün həyat yoldaşınıza təzyiq göstərmək,yoldaşına örtülü geyinməsi üçün təzyiq göstərir,yoldaşını istəyinə uyğun geyinməyə məcbur etmək,yoldaşını müasir geyimlərə zidd geyinməyə məcbur edir,yoldaşının adi geyiminə qarışmaq ,
ailəsinin arvadının geyiminə müdaxiləsinə müdaxilə etməmək,həyat yoldaşının razılığı olmadan müasir geyimlərə zidd olaraq geyinmək.Kişilərin böyük əksəriyyəti qadın geyimlərinə qarışmağı “kişiliyin” əlaməti olaraq görür. Kişi dediyiniz şey qadın geyimlərinə müdaxilə edir və əgər mini ətək və ya qısa paltar geyinirsə, qaşlarını çatır,əsəbləşir! Qadın ona qulaq asmazsa, əlaqəni kəsər,ayrılar,boşanar ve s…Yaşlı nəslin belə düşündüyünü bilirik. Bəs müasir kəsmə? “Gənclik”. 20 yaşlarında gənc oğlanlara nə olur? Ağlı başında olan bir adamın sevdiyi qadının geyiminə niyə müdaxilə etməsi lazımdır? Qınağ obyektinə çevriləcəyimi bilirəm ancaq bu güc nümayişindən başqa bir şey deyil.
Beleə müdaxiləni edən kişilər sadəcə güc nümayişi deyil eyni zamanda öz məncilliyini göstərmə çabası halındadırlar.Sübut etməli olduğunu,”mən qadına əmr edə bilirəm,onu idarə edirəm,mən mental dəyərlərə diqqət edən qadınla birlikdəyəm və s .
Məsələn, qadın kişi sözünə qulaq asa bilmirsə, kişi olacaqmı, yoxsa digər kişilər ona kişi kimi baxacaq? Bir -birlərini “qadınlarını dinləyib -dinləmədiklərinə” görə mühakimə edirlər.
Bu, bu cəmiyyətdə qərib olmadığımız, amma dəyişmək üçün mübarizə apardığımız bir anlayışdır. Bütün inkişaf etmiş cəmiyyətlər gender bərabərsizliyini aradan qaldırmağa çalışsalar da, cinsiyyət bərabərliyi ibtidai cəmiyyətlərdə belə əldə edilmişdir, indiki gənc kişilərinin bu cür təəssübkeş və köhnəlmiş bir perspektivə sahib olması həm təəccübləndirir, həm də qorxudur.
Kişiliyin meyarı budurmu? Qadının geyiminə müdaxilə etmək, başqaları ilə danışmasını məhdudlaşdırmaq, rəqs etmək, kişi olmaqdırmı? Gülüşünün, sevincinin, sevincinin qarşısını almaq üçünmü?
Qadını kuklaya çevirdikdə və ya qadını səssizcə gözləyən bir robota çevirdikdə qazandıqlarını düşünsələr bu kişilərə utanc verər. Sevdikləri qadın xoşbəxt olmaqdan özləri utanırlar . Bu, çox təəssüf doğurur.
Niyə ağlı başında olan bir qadın kişinin paltarını qarışdırmasına icazə versin?
Geyimdəki sosial zorakılıq bəsit bir hal kimi görünsədə reallıqda bu bele deyil.Şəxsi düşüncəmə əsasən artıq əks cinsin nümayəndələri qadınlarla bir həyat paylaşmağa razı olmalıdır.
Müəllif: Laləzar Həsənova
ბლოგის მომზადება შესაძლებელი გახდა ამერიკელი ხალხის გულუხვი დახმარების წყალობით, რომელიც აშშ-ს საერთაშორისო განვითარების სააგენტოს (USAID) მეშვეობით იქნა გაწეული. ბლოგის შინაარსზე პასუხისმგებელია კავშირი საფარი. ის შესაძლოა არ ასახავდეს USAID-ის, აშშ-ის მთავრობის ან აღმოსავლეთ- დასავლეთის მართვის ინსტიტუტის შეხედულებებს.