Xəbərlər

Novruz bayramı

Novruz xalqımızın birlik rəmzinə çevrilmiş və milli ideologiyamızın əsas sütunlarından biri kimi əbədiləşmiş bayramdır. Novruz – bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.
Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq edilir.
Novruzdan əvvəl dörd çərşənbə axşamı qeyd olunur: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və son olaraq – ilaxır yəni Torpaq çərşənbəsi. Bu, insanların dünyanın su, od, yel və torpaq kimi dörd ünsürdən yarandığına dair qədim inancına əsaslanır.
Novruz adətlərindən biri bayramdan əvvəlki günlərdə ev-eşiyin təmizlənməsidir. Çünki Novruz günlərində hər bir ev qəfil qonaq gəlişinə hazır olmalıdır.
Daha bir adət isə buğda cücərdib səməni hazırlamaqdır – səməni bolluq rəmzidir. Hətta el arasında səməniyə aid belə bir mahnıda vardır: “Səməni, saxla məni, İldə göyərdərəm səni.“
Keçmişdə xalq arasında bəzi başqa adətlər də geniş mövcud imiş ancaq indi onlar formal xarakter daşıyır. Belə adətlərdən biri də Kosa ilə Keçəl personajlarıdır. Kosa yazın rəmzi olaraq, yaşıl libas geyir, başına yaşıl papaq qoyur. Keçəl isə mavi libasda olur. Onun keçəl olması qışın barsız olduğuna işarədir. Mərasimdə tamaşaçılar onlara hədiyyələr verir.
Azərbaycanlı xalqının daha bir Novruz adəti papaq atma mərasimidir. Uşaqlar qonşuların qapısına papaq atır, ev sahibləri papağa şəkərbura, paxlava və digər nemətlər qoyur.
Qulaq falı isə Azərbaycan qızlarının Novruz ənənəsidir. Onlar gizlincə qonşuların evini dinləyir, eşitdikləri sözləri yozmağa çalışırlar.
Bayramın ilk günündə Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bayram süfrəsinə adları «S» hərfindən başlayan yeddi növ xörək qoyurlar. Süfrədə həmçinin sumax, su, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və ailə neçə üzvdən ibarətdirsə o qədər şamqoyulur və yandırılır, güzgünün ətrafına boyanmış yumurtalar düzülür. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir, güzgü aydınlıq rəmzidir.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır.Küçədə də, qatarda da, məktəbdə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir:
«Bayramınız mübarək!»
Müəllif: Kübra Qaracayeva
________________________________________________
ნოვრუზ ბაირამი
ნოვრუზი ძველი დღესასწაულია, რომელიც ჩვენი ხალხის კულტურას, ეროვნულ და სულიერ ფასეულობებს ასახავს. ნოვრუზის დღესასწაული აზერბაიჯანელი ხალხის ერთ-ერთი ყველაზე მნიშვნელოვანი და საყვარელი დღესასწაულია. ეს დღესასწაული გაზაფხულის მოსვლასთან ასოცირდება.
ნოვრუზის დღესასწაულის, ნოვრუზის დადგომამდე თვის ოთხივე კვირას, ყოველ სამშაბათს, წყლის, ცეცხლის, ქარის და მიწის ჩერშემბას (სამშაბათს) აღნიშნავენ.
ყოველი კვირის სამშაბათ დღეს განსაკუთრებული დატვირთვა აქვს,
“ჩერშემბე“ უკავშირდება ცხოვრებისთვის მნიშვნელოვან ოთხ სტიქიას: წყალს, ქარს, მიწას და ცეცხლს.

ნოვრუზამდე ორი-სამი დღით ადრე იწყება სახლის დალაგება. ამ პერიოდში აუცილებელია, სახლში ყვე%9