Xatirə 35 yaşında ev xanımıdır. O, bizə oxumaq xəyallarının necə puç olmasından, onu zorla necə evləndirdiklərindən danışır.
“12-13 yaşımda elçilər gəlməyə başladı. Ailəm də əslində mənim evlənmək vaxtımın gəldiyini düşünürdü. Mən təhsilimi davam etdirmək istəyirdim. Bunu ailəmə dedikdə, böyük qardaşı mənə dəstək olacağını, məni oxutduracağını demişdi.
Düşünürəm ki, özü evləndikdən sonra fikiri dəyişdi. Evləndikdən sonra sanki onunçün tezcə canını qurtarmalı olduğu yük idim. Oxumaqdan başqa mən isarışın, uca boylu, anlayışlı bir oğlanla evlənməyin xəyalını qururdum. Bu kriteriyalara uyğun bir oğlan da xoşuma gəlirdi. Əlbəttə onun bunnan xəbəri yox idi. Elçilər arasında bir qadın inadla məni ” oğluna alacağını” deyirdi. İki il ərzində vaxtaşırı bizə gəlib, oğlunu tərifləyirdi. Mən bu ailə haqda qonşulardan eşitmişdim. Bilirdim ki, mənim istədiyim kimi ailə deyillər, mənimlə evlənmək istəyən oğlan isə mənnən 10 yaş böyük idi. İki ilin sonunda həmin qadın, mənim qaynanam, qardaşlarımı yola gətirdi və mən nişanlandım. Məni istəmədən evləndirməyin səbəbi düşünürəm ki atamın olmaması idi. Görürdüm qonşu qızlarını ataları elçilər arasından ən yaxşısını seçib ona nişanlayırdılar. Bəlkə də qardaşlarım mənim məsuliyyətimi almaq istəmirdilər. Onunçün ilk gələn elciyə razılıq verdilər. İlk vaxtlarda bununla razılaşa bilmirdim, özümü öldürmək haqqında düşünürdüm. Bəlkə də bir möcüzə olmasını gözləyirdim. Dəfələrlə ” keşkə ya o, ya da mən ölüm, bu evlilik olmasın” deyə dua edirdim.
Tozu Gülmamedova
_______________
თავის მოკვლაზეც მიფიქრია. სულ იმედი მქონდა, რომ რაღაც საოცრება მოხდებოდა და არ გავყებოდი იმ კაცს. ყოველდღე ვლოცულობდი, რომ ან მე მოვმკვდარიყავი, ან – ის, რომ არ გავყოლოდი მას. რამდენი დღე გაუჩერებლად ვტიროდი, დედაჩემიც ჩემთან ერთად ტიროდა. დედას, რომელმაც მარტომ გამზარდა, არ ჰქონდა უფლება, ხელი შეეშალა ამ ყველაფრისთვის – მსგავსი ტიპის გადაწყვეტილებებს ხომ კაცები იღებენ…