Blog-lar

Siyasət və qadınlar

Müəllif: Gülgün Məmmədxanova

Xatırlayıram, hələ ikinci kursda oxuyurdum. Seçkilər ərəfəsi idi. Bir partiyanın gənclər üçün nəzərdə tutumuş müxtəlif fəalliyyətlərinə mən də qoşulmuşdum. Bundan əlavə əhali ilə görüşlərdə biz gənclərin də iştirak etmək fürsəti olurdu. Əsasən kəndlərə səyahət edirdik və sakinlərin durumları ilə tanış olurduq. Bu səyahət zamanı kəndlərdə yaşayan​ ​insanların vəziyyəti məni çox sarsıtmışdır. Gölməçəli yollar , xaraba məktəblər , soyuq evlər, zibilli səkilər, günəşdən dəriləri yanmış, ağır işlərdən əlləri hopurlanmış insanların bizə baxan o ümidsiz gözləri…

Ancaq ən çox kənddə yaşayan qadınların vəziyyəti məni üzmüşdü. Getdiyimiz kəndlərin əksəriyyətində su problemi mövcud idi. Su qıtlığının olduğu bir yerdə isə ən ağır yük ailədə bir qadının üzərinə düşür. Ailəsini su ilə təmin etmək üçün evlərindən uzaqda yerləşən bulaqlara səhənglərlə gedib, ağır – əziyyətlə evlərinə gətirərlər. Suyu olmayan bir kəndin qadınları isə daha diqqətli olurlar. Onlar gətirdikləri suyu evdə elə diqqətlə bölüşdürməlidirlər ki, ailəsinin yeməyinə, içməyinə, yuyunmalarına , susuzluqdan saralan gülünə yetizdirməlidir. Bunlar məni olduqca kədərləndirmişdi. O an başa düşmüşdüm ki, seçkilər ərəfəsində namizədlər üçün ən əsas qadınların səsi önəmlidir. Bu gender bərabərsizliyinin ən böyük səbəbi isə cəmiyyətimizdə qadının siyasi fəallığının yalnız “səs verməsi” ilə hüdudlanmasıdır. O zaman kiçik araşdırma da etmişdim. Siyasət sahəsində fəalliyət göstərən qadınlarmızın barmaqla sayılacaq qədər az olduğunu öyrəndim. Bu böyük boşluğun yaranmasında səbəb isə yaşadığmız mühitdə mövcud olan stereotiplərdir. Bu stereotiplər qadının işinin siyasət yox, evdə yemək bişirməsini kəsb edir.​ ​Mövcud olan bu düşüncə tərzinin qurbanı elə özüm də olmuşam. Necə ki qeyd etdim, bir partiyanın gənclər üçün nəzərdə tutulmuş fəalliyyətlərində iştirak edib, müxtəlif işlər görürdük. Siyasətlə kiçik də olsa əlaqəmin olması məni bir qadın kimi sevindirirdi. Ancaq bu fəalliyyətimi rəqib partiyanın Marneuli bələdiyyəsində olan tərafdarı eşitmiş və tez bir zamanda ailəmlə əlaqə saxlamışdı. Bilirsiniz nə demişdilər? “Qız uşağı nə gəzir partiyalarda. Çəkin evinizə, təhsili ilə məşğul olsun. Qız nədir, siyasət nədir? Sonra univeristeti qurtaranda iş tapanmayacaq və s. “Ailəmi elə təşvişə salmışdılar ki, valideynlərim mənə görə çox narahat olmuşdular. Elə qorxmuşdular kı gələcəkdə iş tapanmayacağımdan, bu mövzu bir müddət ailəmdə mübahisə səbəbi olmuşdur. Mən isə bunlara sakitcə baxıb gülürdüm. Əslində bir tərəfdən də ağlanası vəziyyət idi. Təsəvvür edirsinizmi? Cahilliyin kəskin qoxusunu hiss edirsinizmi? Yada ki “Çürümüş Demokratyanın “ siyasət anlayışını? Valideynlərimi başa düşmək olar, nə də olsa Sovet birliyinin “Tabe ol “ psixologiyasından hələ canlarını qurtara bilməyiblər. Bəs “Bizim hədəfimiz Gürcüstanda güclü demokratik sistem yaratmaqdır “ deyən o “Siyasətçilərə” nə demək olar?

Məhz qadın olduğuma görə, kinayə ilə dedikləri “Qadın nədir, siyasət nədir “ sözlərinə ümumiyyətlə nə deməliyik? Bu çox üzücü bir durumdur. Ancaq bütün bunlara baxmayaraq yenə ümidlənmək olar. Bu il Marneuli və Qardabanidən majoritar deputatlığa namizəd olaraq bu qədər partiya arasında sadəcə bir qadın elan edib. Mən isə bir qadın olaraq, xanıma uğurlar arzu edirəm. Çünkü sadəcə bu addımı atmaq belə mövcud şəraitin dəyişilməsinə doğru olan ən böyük mübarizə sayıla bilər.


პოლიტიკა და ქალები

ავტორი: გიულგიუნ მამეთხანოვა

მახსოვს, მეორე კურსზე რომ ვსწავლობდი, არჩევნების პერიოდში ერთ-ერთი პოლიტიკური პარტიის ახალგაზრდული ფრთის აქტივობებში ვიყავი ჩართული. მოსახლეობასთან შეხვედრებს ჩვენც ვესწრებოდით. დავდიოდით სოფლებში და ვეცნობიდით მოსახლეობის პრობლემებს. ყოველი მგზავრობიდან მე შეწუხებული ვბრუნდებოდი. დანგრეული გზები, სკოლები, ცივი სახლები, დანაგვიანებული ქუჩები, ადამიანების მზისგან დამწვარი კანი, მძიმე სამუშაოსგან გაშავებული ხელები, უიმედო თვალები…

ყველაზე მეტად, ქალების მდგომარეობამ შემაწუხა. სოფლების უმრავლესობას წყლის პრობლემა აქვს, წყლის დეფიციტი კი ქალებს შრომას უმძიმებს. ოჯახის წევრების წყლით უზრუნველყოფის მიზნით, მათ შორეულ წყაროსთან ურიკებით სიარული და წყლის სახლში მოტანა უწევთ. წყლის არქონის გამო, ქალები ორმაგად ფრთხილნი არიან ხოლმე – წყალს ისე ანაწილებენ, რომ ყველაფერს ეყოს.

მაშინ მივხვდი, რომ არჩევნების პერიოდში ქალების გაცნობიერებული ხმა ძალიან მნიშვნელოვანია. თუმცა, არსებული გენდერული უთანასწორობის პრობლემის ყველაზე დიდი მიზეზი, საზოგადოებაში არსებული სტერეოტიპების გამო ქალების პოლიტიკური აქტივობა მათი ”ხმის მიცემის უფლებით” შემოიფარგლება. მაშინ, მცირე კვლევის შედეგად, მივხვდი, რომ პოლიტიკაში მოღვაწე ქალების თითებზე ჩამოთვლა შეიძლება. ეს სიცარიელე საზოგადოებაში არსებული სტერეოტიპების ბრალია. ამ აზროვნების მსხვეპლი ოდესღაც მეც გავხდი. პარტიის ახალგაზრდულ ფრთაში ჩართულობისას ვთვლიდი, რომ რაღაც მცირედი ნაწილით მაინც ჩართული ვარ პოლიტიკურ საკითხებში და ეს მახარებდა. ჩემი ეს აქტივობა ყველას არ მოეწონა. სხვა პარტიიდან ჩემს ოჯახს დაუკავშირდნენ და უთხრეს, რად უნდა გოგოს/ქალიშვილს პარტიაშიო? დააბრუნეთ სახლში, სწავლით დაკავდესო. გოგოს პოლიტიკაში რა უნდა, მერე სწავლის მერე სამსახურს ვერ იშოვისო და მრავალი სხვა.

ოჯახი ძალიან შეწუხდა, მაგრამ მე ამან უბრალოდ გამაცინა. მეორე მხრივ კი, სატირალი მდგომარეობაა. წარმოგიდგენიათ გაუნათლებლობის დონე? დემოკრატიის დამახინჯებული გაგებაა? მშობლების რაღაც დონეზე მესმოდა, ისინი “დამორჩილდი” გაგებას ვერ დაშოდნენ, მაგრამ პოლიტიკოსებს რა ვუთხრათ?! მხოლოდ იმის გამო, რომ გოგო ვიყავი, “ქალს რა უნდა პოლიტიკაში” რას ნიშნავს?!

დღეს ცოტა კი შეცვლილია სურათი, ცოტა იმედი მაინც გვაქვს. ისე, ცნობისთვის, მარნეული-გარდაბნის საარჩევნო ოლქიდან წელს მხოლოდ ერთი ქალია მაჟორიტარობის კანდიდატად. იმ ქალს ქალური სოლიდარობით წარმატებებს ვუსურცებ, რადგან ამ ნაბიჯის გადადგმაც კი, ამ მდგომარეობის შეცვლისთვის ბრძოლად შეიძლება აღიქმებოდეს.