Xəbərlər / Zorakılıq

14 yaşlı qızın hekayəsi, onu iki dəfə qaçırıb, zorlayıblar – polis təqsirkarı tuta bilmir

Saqarecoda 14 yaşlı qızı bir neçə kişi qaçırıb. Gecə kəndə yaxın bir binəyə aparıblar. Qızı 24 yaşlı kişiylə otağa kilidləyiblər. Uşaq kişiyə qarşı çıxıb. Kİşi qızı vurub, çarpayıya bağlayıb və zorlayıb. Təcavüzkar uşağa deyib ki, onunla evlənmək istəyir. Həmin gecə, iki dəfə onunla cinsi əlaqəyə girib.

Oğlanın qohumları, səhər, qızı öz evinə qaytarıb. Zorakılıq qurbanı valideyinlərinə hər şeyi danışıb və bildirib ki, o, oğlanla evləndirsələr, özünü öldürəcək. Qızın valideyinləri polisə müraciət ediblər.

Saqareco polisi istintaqı cinayət məcəlləsinin 140-ci maddəsinə əsasən başlayıb. Bu maddə 16 yaşına çatmamış şəxslə cinsi xarakterli davranışı nəzərdə tutur. Maddə  7 ildən  9 ilədək azadlıqdan məhrum edilməylə cəzalandırlır. Qız polisə cinayətin necə olduğunu və kimlərin iştirak etdiyini detallı şəkildə  danışıb.

Rəsmi sənədlərə əsasən, təcavüzkar gizlənib.  Məhkəmə ona cəza versədə, prokrorluq  cinayətdə adı çəkilən digər şəxsləri məsuliyyətə cəlb etməyib.

Hadisə 2015-ci il 7 dekabrda baş verib. İşin müzakirəsinə Siğnaği rayon məhkəməsi 2016-cı il 21 iyulda  başlayıb.

Bu hadisədən sonra, 2 il qız məktəbə getməyib. Onun şagird statusu dayandırılıb,ancaq ona heç kim psixoloji kömək etməyib. 2017-ci ildə valideyinləri onu qonşu kəndin məktəbinə aparıb.

Zorakılıq qurbanını məhkəmədə 218-ci il 20 dekabrda danışdırıblar. O, yenə hadisəni detallarıyla danışıb. Cinayətdə iştirak edən bütün şəxslərin, cinayətkarın,  onun əmisi-dayısı oğullarının və yaxınlarının, binənin qaravulunun  adını çəkib.

“Təcavüzkarı tanıyıram, atamın qohumudur,  yaxın yaşayırıq. Onun ailə üzvlərini də tanıyıram. Onun bacısını görməyə getmişdim. Oraya gəldi, mənə atan sənlə danışmaq istəyir dedi.Mən isə, atam mənlə danışmaq istəsə mənə zəng edər dedim. O, əlimnən tutdu və zorla həyətə çıxartdı. Həyətdə iki nəfər idilər, qapının önündə ağ maşın və yaninda  onun qohumları var idı. Məni zorla maşına mindirdilər. Həyətdə olanlar bunu gördülər, amma səslərini çıxartmadılar. Kömək istəyirdim, ancaq kömək etmədilər. Məni binəyə apardılar, təxmini saat 8 olardı,  qaranlıq idi. Binəyə getdikdə bizi bir kişi qarşıladı. Onlar bir-birilərini tanıyırdılar. Zorla məni otağa saldılar. Çığırırdım, otağa girmək istəmirdim. Məni zorlamaq istəyirdi. Ona mane olmağa çalışırdım amma sağ tərəfdən  üzümə zərbəylə vurdu.paltarlarımı soyundurmağa başladı, buna imkan verməməyə çalışırdım. Sonra əllərimi çarpayıya bağladı və məni zorladı.  Müəyyən aralıqlarla üç dəfə mənimlə cinsi əlaqəyə girdi. Səhər oyandıqda her yerim ağrıyırdı. O, isə mənə deyirdi ki, mənimlə evlənəcək və mənə qızıllar alacaq, mənim cəmi 14 yaşım varıydı. Səhər mənə yemək təklif etdilər, yemədim. Daha sonra oraya oğlanın  bibisi və bibisi oğlu gəldi. Məni evə apardılar. Evə getdikdə valideyinlərimə hər şeyi danışdım” – bu haqda qurban məhkəmədə danışıb.

Məhkəmə tibbi ekspertiza nəticəsi, 2015-ci il 7 deakbrda qıza təcavüz  olunduğunu  sübüt edir.

2019-cu il 3 aprelədək qız qonşu kəndin məktəbində  oxuyurdu.

4 apreldə qız evdən məktəbə gedərkən, qaçaq təksirkar,  kəndin mərkəzindən qızı  yerindən qaçırıb və yenə zorlayıb.

DİN Reginfo-ya  bildirir ki, 4 apreldə olan hadisəyə görə cinayət  məcəlləsinin 143-u maddəsiylə istintaq başladıldı. Bu maddən qanunsuz şəkildə azadlıqdan məhrum etməyi nəzərdə tutur.

“Qız özü barışmağa razılıq verdi. Qız oğlana qanunla nəzərdə tutulmuş güzəşt də tələb edib” – bu haqda təqsirkarın advokatı danışıb.

2019-cu il 2 mayda keçirilən məhkəmə prosesində təqsirkarın advokatı zərərçəkən qızın və anasının notariusla təsdiqlənmiş ərizəsini təqdim edib. Ərizədə qızın nə indi, nə də gələcəkdə  təqsirkara etirazı olmadığı bildirilib. Hazırda təcavüzkarın advokatı prokraturayla prosesual razılaşma haqda danışıqlara davam edir.

Hazırda zorakılıq qurbanı qız, təcavüzkarının evində yaşayır. Qonşuları bu haqda danışmırlar. Ancaq bir neçə mənbə təsdiq edir ki, axır vaxtlar məhəllədə oğlanı bir neçə dəfə görülüb.

Mənbə: reginfo.ge