Ailədə zorakılıq, ailə üzvləri tərəfindən birinin digərinə etdiyi zorakılıqdır: Ər-arvad və ya keçmiş ər-arvad arasında, valideyin və övladlar arasında və.s.
Gürcüstan qanunvericiliyinə əsasən ailədə zorakılıq fiziki, psixoloji, iqtisadi, cinsi istismar və ya zorlama formasında ola bilər. Qeyd olunan qanuna əsasən ailə üzvləri olaraq “ana, ata, baba, nənə, həyat yoldaşı, övlad, övladlığa götürülən şəxs, övladlığa götürən şəxs, övladlığa götürən şəxsin həyat yoldaşı, övladlığa götürülmüş şəxslər, götürən ailə (ögey ana, ögey ata), bacı, qardaş, qeydiyyatdan keçməmiş ər-arvad və onların ailə üzvləri, qəyyum” tanınır.
Ailədə zorakılığın müəyyən formaları.
Fiziki və psixoloji zorakılığın bəzi forması cinayət işi hesab olunur. Cinayət məcəlləsinin 126 (1) maddəsində bildirilir ki, “ Ailənin bir üzvünün digərinə etdiyi fiziki ağrı və ya əzaba səbəb olan sistemli şəkildə təhqir, şantaj, ləyaqəti alçaldıcı davranış, doxsan saatdan yüz doxsan saatadək cəmiyyət üçün faydalı iş görməklə cəzalandırılır.
Ailədə zorakılığın hansı formaları vardır?
Fiziki zorakılıq – fiziki gücün başqasına istifadə edilməsi. Buna döymək, əziyyət etmək, fiziki ağrı və ya əzaba səbəb olan,sağlamlığa ziyan vuran müxtəlif davranışlar daxildir. Fiziki zorakılıq eyni zamanda şəxsin digərinə fiziki ehtiyaclarını ödəməyə imkan verməməsi nəticədə isə onun sağlamlığına ziyan dəyməsi və ölməsi də sayılır. Buna dərman, təcili tibbi yardım, qida və ya başqa resursları istifadə etməyi qadağan etmək də daxildir. Fiziki zorakılıq, zorakılığın yayqın formasıdır. Fiziki zorkılıqla qarşılaşdıqda, zorakılığın digər formalarıyla qarşılaşmaq ehtimalı yüksəkdir.
Cinsi zorakılıq – razılıq olmadan istənilən növ cinsi əlaqənin qurulması.
Cinsi zorakılığa şəxsin onun istək və icazəsi olmadan müxtəlif insanların cinsi ehtiyaclarını ödəmək üçün istifadə olunması da daxildir. Şəxsin partnyoruna kontraseptiv vasitələrin qadağan etməsi və abort etdirməyə məcbur etməsi də cinsi zorakılıq formalarıdır.
Psixoloji zorakılıq – ailə üzvünü qorxutmaq və ya onu qorxutmağa cəhd etmək.
Əsasən zərər vurmaqla təhdid etmək formasında olur. Psixoloji zorakılıq nümunələri uşağını əlindən almaq, özünə ziyan vermək/özünü öldürməklə hədələmək, ailə üzvləri/dostlar/yoldaşlarıyla münasibətin kəsilməsi, yerdəyişmənin məhdudlaşdırılması, arxasınca izləmək, daimi kontrol etmək, mülkünü məhv etmək və ya ev heyvanlarını öldürməklə təhdid etməkdir.
Gürcüstan qanunvericiliyinə əsasən “ təhqir etmək, şantaj, alçaltmak, təhdid və ya başqa bu növ insanın şərəf və ləyaqətini alçaldan davranış (Gürcüstan qanunvericiliyi ailədə zorakılığı aradan qaldırmaq üçün, ailə zorakılığı qurbanı qadınları qorumaq və kömək etmək haqqında qanunun 4-cü bəndi)”. psoxoloji zorakılıqdır.
İqtisadi zorakılıq – əsas istiqaməti ailə üzvünün iqtisadi olaraq digərindən aslı vəziyyətə salmaqdır. İşləmək, təhsil almasını qadağan etmək/mane olmaq, eyni zamanda partnyorun iqtisadi resursunu idarə etmək, bu resursları istifadə etməyə mane olmaq/qadağan etmək, partnyorun xərclərinin daimi yoxlanılması, idarə edilməsi iqtisadi zorakılığa daxildir.
Mən zorakılıq qurbanıyammı/ zorakılıq qurbanı statusunu necə ala bilərəm?
Əgər yuxarıda qeyd olunan zorakılıq formalarından biri və ya bir neçəsi sizə edilibsə, bu zaman sizin zorakılıq qurbanı olduğunuzu demək mümkündür. Ailə zorakılğı qurbanına kömək lazımdır. Dövlət ailə zorakılğı qurbanlarını sığıncaq və başqa pulsuz xidmətlərlə təmin edir. Ancaq bunun üçün şəxsin ailə zorakılığı qurbanı statusu olmalıdır. Ailə zorakılığı qurbanı statusu almaq üçün siz sonrakı orqanlara müraciət etməlisiniz:
Gürcüstanın Daxili İşlər Nazirliyi patrul polisi və ya bölgə müstəntiqinə müraiət edirsiniz, onlar məhdudlaşdırıcı order yaza bilərlər, bu halda siz avtomatik zorakılıq qurbanı statusunu alırsınız;
Rayon və ya şəhər məhkəməsinin məhdudlaşdırıcı order yazıldıqda şəxs avtomatik olarak zorakılıq qurbanı statusunu alır;
Ailə zorakılığı statusunu təyin edən qrup (qurbanın identifikasiyası qrupu);
Bununla yanaşı ilkin konsultasiya və məlumat almaq üçün ailə zorakılığı qaynar xəttinə zəng edə bilərsiniz: 2 309 903.
Tipik təcavüzkarı hansı nişanələri ilə tanımaq olar?
Bəli, əksər təcavüzkarlarda olan müəyyən nişanələr var. Bu nişanələr əsasən təcavüzkar həyat yoldaşı/sevgili/cinsi partnyorda görünür. Ən kəskin nişanələri qısqanclıq, manipulyasiya etmə bacarığı və egoizmdir. Qısqanclıq çox hallarda münasibətin başlanğıcında özünü göstərir, ancaq partnyor isbat edir ki, bu sevgisini ifadə etmək formasıdır. Təcavüzkarın əhvalı tez-tez dəyişir, bir an əyləncəli, mehriban olur bir anda dəyişib səbəbsiz və ya əhəmiyyətsiz səbəbə görə aqressiv olur. Müzakirə zamanı arqumentlərlə öz pozisyasını qoruya bilmir, fiziki gücün istifadəsinə əl atır. Təcavüzkaların əksəriyyəti partnyorunu manipulyasiya etməyi yaxşı bacarır, onun zəif nöqtələrini yaxşı bilir və bunu istifadə edir. Məsələn: Əgər partnyoru və ya həyat yoldaşı ondan ayrılmaq istəyirsə özünü öldürməklə hədələyir. Təcavüzkarlar əksər hallarda üzr istəyərkən bildirirlər ki, bu davranışın təkrarı olmayacaq, ancaq bu verdiyi sözə çox hallarda sadiq qalmırlar. Zorakılıq tətbiq etməyə meylli olan şəxslər, əsasən öz uğursuzluqları üçün başqalarını günahlandırırlar.
Bu cür analizə baxmayaraq, bu xüsusiyyətlər univerisal deyil. Bildiyimiz kimi, zorakılığın müxtəlif – gizli formaları vardır, bu formaların identifikasiyası bəzən çətin olur. Bu hallarda sizin psixoloqa müraciət etməyinizi tövsiyyə edirik. Sapari təşkilatı sizə ödənişsiz psixoloq konsultasiyası təklif edir.
Qoruyucu/məhdudlaşdırıcı order nədir?
Qoruyucu/məhdudlaşdırıcı order qurbanı qısa müddətli qoruyan aktdır. Onun vasitəsiylə təcavüzkar tərəfin müəyyən davranış hüquqları məhdudlaşdırılır. Məhdudlaşdırıcı order polis əməkdaşı verir və verildikdən 24 saat ərzində təsdiqləmək üçün məhkəməyə təqdim edir. O bir ayadək müddətlə verilir və onun ləğv olunması yalnız hakimin qərarıyla mümkündür. Bundan fərqli olaraq qoruyucu aktı məhkəmə verir. Qoruyucu aktı həm qurbanın özü həmdə onun ailə üzvləri və ya qurbanın razılıq verdiyi ona kömək edən şəxs tələb edə bilər.
Azyaşlılara zorakılıq hallarında isə, qoruyucu aktı yuxarıda sadalanan şəxslərdən başqa, qəyyumluq və uşaq saxlama qurumunun tələb etmək haqqı var. Qoruyucu akt 6 ayadək müddətlə verilir. Onun ləğvi, eyni zamanda təhlükə olduğu halda onun müddətinin 3 aydan çox olmamaq şərti ilə uzatmaq qərarını məhkəmə qəbul edir. Əgər təcavüzkar qoruyucu/məhdudlaşdırıcı order tələblərini yerinə yetirmirsə Gürcüstan konstitusiyasının 3811 maddəsi işə başlayır. Bu maddə bu tip davranışın “cərimə və ya cəmiyyət üçün yüz səksən gündən iki yüz qırx saatadək faydalı iş görməklə və ya bir ilədək azadlıqdan məhrum edilməklə” cəzalanıdırılmasını nəzərdə tutur.
Ailə zorakılığı qurbanları üçün sığınma evi varmı?
Hazırda Gürcüstanda 3 dövlət sığınma evi (Tbilisi, Kutaisi və Qoridə) var. Onların öhdəlikləri zorakılıq qurbanlarına kömək etmək və qorumaqdır. Sığınma evində ailə zorakılığı qurbanı statusu olan şəxslər yaşaya bilərlər. Sığınma evində zorakılıq qurbanı/zərərçəkənlərin yerləşdirilməsi yalnız onun razılığı ilə, azyaşlı qurban (valideyini/qəyyumu olmadığı təqdirdə) olduqda isə, selahiyyətli orqan/təşkilatın qərarıyla, qanunvericiliklə nəzərdə tutulan qaydaya uyğun olur. Sığınma evində yaşamaq müddəti üç ayadək vaxtla təyin olunur. Bundan sonra benefisiarın vəziyyəti qiymətləndirilir və lazım olduğu halda, sığınma evinin idarəsi yaşamaq müddətini uzadır. Sığınma evində benefisiar tək yaşayış yeri, qida ve geyimlə deyil, eyni zamanda tibbi, psixoloji və hüquqi köməklə təmin olunur.
Ailədə mübahisə zamanı hansı təhlükəsizlik normaları məsləhət görülür?
Əgər mübahisənin zorakılıq həddinə gələcəyini hiss edirsinizsə, çalışın partnyorunuzla mübahisəyə başlamayasınız. Bundan başqa siz gələcəkdə mübahisə yaranacağını düşünürsünüzsə, əvvəlcədən bu halda necə hərəkət edəcəyiniz haqqında düşünün. Kimə (dostlarınız, qonşularınız) müraciət edə biləcəyiniz haqqında düşünün. Çalışın hər zaman telefonunuz və az miqdarda da olsa pulunuz(Məs: nəqliyyat üçün) yanınızda olsun. Mütəxəssilərlə konsultasiya keçin. Sapari təşkilatı sizə ödənişsiz psixoloji, sosial və hüquqi konsultasiya xidməti təklif edir. Siz təşkilata zəng vurmaqla məsləhətlər ala bilərsiniz.
Əgər münaqişə artıq kəskin mərhələdədirsə və partnoyurun sizə fiziki ziyan vurma təhlükəsi varsa, sonrakı təhlükəsizlik ölçülərini götürə bilərsiniz:
-Mətbəx və ya soyuq silah olan otaqlara girməyin;
-Hamam və ya şəxsi içəridə qoyub bağlamağın mümkün ola biləcək kiçik otaqlara girməyin;
-Əgər evdən çıxa bilmirsinizsə telefonla birlikdə otağa girin və dərhal patrul polisinə, 112-ə zəng edin.
-Polis nömrəsinə, 112-ə zəng edin.
Ayrı-ayrı yaşamağa başladıqda isə:
-Evin kilidlərini dəyişin;
-Yaxşı olarki, dostlarınıza və yaxınlarınıza zorakılıq halı haqqında məlumat verəsiniz, bununla onların sizin haqqınızda təcavüzkar və ya onun yaxınlarına məlumat çatdırmasına mane ola bilərsiniz.
Ailədə zorakılq uşağa necə təsir edir?
Ailədə zorakılığa məruz qalan və ya zorakılığa şahid olan uşaqlarda əksər hallarda davranış, fiziki, emosional və sosial problemlər görünür.
Bundan başqa, bi-birilərinə fiziki güc tətbiq edən valideyinlər çox hallarda uşağa da zorakılıq (zorakılıq həm fiziki, psixoloji həmdə uşağa laqeyd yanaşma formasında ola bilər) tətbiq edirlər.
Zorakılığa şahid olan uşaq, artıq zorakılıq qurbanıdır. Ailədə zorakılıq uşağın zehni və emosional inkişafına zərbə vurur. Əgər zorakılıq ərkən yaşlarda olubsa, uşağın nitq, diqqət, konsentrasiya və yaddaş kimi qabiliyyətlərin inikşafı ləngiyir. Uşaqda stress, naratcılıq görünür və ətrafındakılara etibarsız olur. Böyüdükcə uşaqda həmyaşlılarına qarşı aqressivlik, anti-sosial davranış və ya özünə və başqasına zərər vuran hərəkətlər ola bilir.
Zorakılıq qurbanı/şahidi yeniyetmələrdə narkotik və alkohol aslılığı riski yüksəkdir. Bundan başqa qanun pozuntusuna (oğurluq, qarət, avtomobilin icazəsiz istifadəsi və.s) meyilli olurlar. Bu yeniyetmələr bir çox hallarda yaşıdlarıyla az ünsiyyət qurar, özünə inamı aşağı olar və dərslərində də uğursuz (əksər hallarda diqqət və konsentrasiya əksikliyinə görə) olarlar.
Uşağa laqeyd yanaşmaq nədir?
Valideyinlər tərəfindən uşağa laqeyd yanaşmaq (neglect) uşağa zorakılığın ən yayqın formasıdır. Dəqiq olaraq hansı davranışların laqeydlik sayılıb, hansılarının sayılmadığını təyin etmək çətindir. Ancaq aydındır ki, bu halda uşağın fiziki, sağlamlıqla bağlı, emosional, təhlükəsizlik və təhsil kimi əsas ehtiyacları qarşılanmır. Eyni zamanda uşağı diqqətsiz qoymaq da laqeydlik sayılır. Valideyinin uşaqla rəftarı onun fiziki, sosial və emosianal inkişafına mənfi təsir edirsə və ya müəyyən fiziki zərər gəlmək təhlükəsi varsa (Uşağı diqqətsiz qoyduqda) buna laqeydlik deyilir.
Lageydlik əsasən sonrakı formalarda özünü göstərir: uşaq tez-tez ac qalır və ya onun normal inkişafı üçün lazım olan qida məhsullarını qəbul etmir, bu onun sağlamlığına ciddi ziyan vurur. Əksər hallarda uşağın qayğısına qalmayan valideyinlərin övladları, yaşlarına uyğun olmayan məsuliyyət almalı olurlar, məsələn, ev yığışdırmaq, paltar yumaq, kiçik bacı-qardaşın qayğısına qalmaq və.s. Bu şərtlərdə əlbəttə təhsilə, idmana, yaşıdlarıyla münasibətə və daha mühümü onların sağlam inkişafına vaxt qalmır. Uşağın emosional dəstək əksikliyi laqeydliyin yayılmış formasıdır.
Əgər valideyin uşağına qarşı sevgisini ifadə etmirsə, oxşamırsa, onun uğurları və problemləri haqqında maraqlanmırsa uşağın şəxsi və emosional inkişafına şərait yoxdur. Bu uşaqlarda çox vaxt özlərini zəif hiss edirlər, dərslərində uğur qazana bilmir və yaşıdlarıyla ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Laqeydliyin ən ağır forması, uşağın həyatı üçün təhlükə olacaq yerdə onu diqqətdən kənar qoymaqdır. Laqeydliyin bir neçə səbəbi ola bilər, məsələn, kasıbçılıq, alkohola aslılıq və.s. Çox hallarda valideyinlərin uşağın ehtiyacını qarşılamaq üçün lazimi iqtisadi resursu yoxdur. Valideylərin alkohol və dərman aslılığı çox risqlidir. Mental problemlər (xüsusilə depresiyya) valideyinin uşağının ehtiyaclarını ödəmək üçün lazım olan diqqətini itirə bilər. Bununla yanaşı valideyinlərin bir-biriylə fiziki zorakılıq tətbiq edirsə, bu laqeydliyə səbəb ola bilər.