- Mütləq zorakılıq haqqında etibar etdiyimiz şəxslərə məlumat verməliyik. Ən azı iki nəfərin bu haqda məlumatı olmalıdır ki, lazım olduğu halda onlar tədbirlər görsünlər.
- Keçici müddətdə olsa qala biləcəyimiz yer tapmalıyıq. Bu yer haqqında təcavüzkarın məlumatı olmamalıdır ki, bizi tapa bilməsin (təcavüzkarın tapa biləcəyi ünvan yazılmış dəftər, zərf, telefon mesajı).
- Ödənişsiz psixoloji və hüquqi kömək vəya sığınma evinə yerləşdirə biləcək, bizə yaxın olan qadına zorakılıq mövzüsunda işləyən təşkilatların məlumatlarını tapmalıyıq.
- Qonşulara bildirməliyik ki, bizim binadan səs-küy və qışqırıq eşidildikdə polisə xəbər versin.
- Təcavüzkarın aqressiv olduğu halda isə, əvvəlcədən evdən qaçmaq planını hesablamalıyıq. Hansı qapı, pəncərə, pilləkən, liftin əlverişli olduğunu planlamalıyıq. Hətta hücmə məruz qaldıqda təhlükəsiz halda necə evdən çıxacağımızı da planlamalıyıq.
- Mübahisə yaxınlaşdığı zaman hesablamalıyıq ki, ev və avtomobilin açarı bizdə olmalıdır. Evdən qaçdığımız zaman, “ehtiyac çantası” hazır olmalıdır. Bu çantada pasport və başqa mühüm sənədlər, pul, paltar, dərmanlarımız – bir sözlə lazımı əşyalarımız olmalıdır.
- Əgər zorakılıqdan qaça bilməyəcəyimizi hiss ediriksə, çalışmalıyıq elə yerə keçək ki, oradan çıxış asan olsun. Mübahisə zamanı iti alətlərin olduğu hamam və mətbəx kimi otağa girməməyə çalışmalıyıq.
- Kəskin təhlükə zamanı, lazımlı əşyalaraımızı götürə bilməsək belə evdən çıxmalıyıq. Yadımıza salaq ki: Bizim həyatımız təhlükədədir!
- Mübahisə zamanı evdə uşaqlar varsa, qadın daha çətindir. Əksər hallarda zorakılıq qurbanı tək qadın deyil, həmdə anasını qorumaq istəyən uşaqlardır. Təcavüzkar öz emosialarını idarə edə bilmir, onunçün qarşısında duranın kim olduğunun fərqi yoxdur: Həyat yoldaşı,anası və ya öz övladı. Əgər bu tip insanla öz istəyinizlə yaşayırsınızsa, heç olmasa uşağın psixologiyası haqqında düşünün. Növbəti bu cür vəziyyəttə tək siz deyil o da zorakılıq qurbanı ola bilər. Bu halda sizin düşündüyünüzdən də çox şey sizdən aslıdır.
Yadımızda saxlayaq: ailədə zorakılıq – bir çox ailədə olan tragediyadır. Bu mübahisədə sizdə məsuliyyət daşıyırsınız. Əgər təcavüzkardan öz gücünüzlə uzaqlaşa bilmirsinizsə, kömək üçün bu sahədə işləyən təşkilatlara müraciət edin, onlar sizə mühüm konsultasiya keçəcəklər.