Müəllf: Elnur Nazim
Bir neçə gün əvvəl gənc pedaqoqa edilən, cəmiyyətin orta əsr təfəkkürlü olduğunun nümunəsidir.
Biz illərdir deyirik ki, ailə qurmaq məqsədiylə qız qaçırtmaq cinayətdir. Bu cinayəti törədənlər tək cinayət məcəlləsiylə deyil, əxlaqi olaraq, bizim gələcəyimiz, sabahki günümüz qarşısında da günahkardırlar.
Bu axrıncı hadislələr cəmiyyəti üç hissəyə böldü: birinci qrup düşünür ki, hər nə olur-olsun yaşlı nəsilə marjinal yanaşma tərbiyəsizlikdir və bunu edən cəmiyyət qarçısında cavab verməlidir;
İkinci qrup düşünür ki, fərqli düşündüyünə görə şəxsin təqib edilməsi, ictimai qaydalarla cəzalandırlıması, təhsilsiz, mədəniyyətsiz insanlara xas davranışdır;
Üçüncü qrup isı daha radikaldır. Onların dediyinə görə, tatarlar bu cəmiyyətin üzvü deyil. Biz – bizim adətlərimizlə yaşayırıq və gec-tez Gürcüstandan qaçacağıq.
Məhz üçüncü üçüncü kateqoriyanın üstünlüyü başqa probləmlərin yaranmasına yol açır. Bu problem qızın qaçırılması, erkən evliliklə eyni dərəcədə təhlükəlidir.
İlk növbədə bu ölkənin tamsəlahiyyətli vətəndaşı, ölkənin övladı olaraqn bu fikrə münasibət bildirmək istəyirəm!
Əziz vətəndaşlar! Cinayət və cinayətkarın milliyəti yoxdur. Cəmiyyətin bir üzvünün hansısa davranışına görə, insanlara keyfiyyət təsnifatı etmək – bu xalq mdəniyyətsizdir, digəri daha mədəniyyətlidir və.s düzgün deyil, biz hamımız bir cəmiyyətin üzvləriyik. Cibimizdə eyni ölkənin şəxsiyyət vəsiqələrini daşıyırıq. Gürcüstanın hansısa icmasında bu hallar yaşanırsa, milliyətindən aslı olmayaraq bu hamımızın problemidir.
Əgər biz güclü ölkə yaratmaq, yüksəkkeyfiyyətli demakratiya formalaşdırmaq istəyiriksə ölkənin hər regionunu, pararalel rejimdə gücləndirməliyik. İqtisadi, intelektual, siyasi və sosial baxımdan da gücləndirməliyik. Bu gün etnik azlıqların yaşadığı regionlarda gürcü dilinin tədris səviyyəsi çox aşağıdır. Dil səviyyəsinin aşağı olmasıyla yanaşı, dövlət də bu regionlara dövlət də az diqqət ayırır. Bu gün aşağı Kartli əhalisinin əksəriyyəti gürcü dilini ümumiyyətlə bilmirsə bu tək bizim günahımız deyil. Bu mövzüda dövlət və cəmiyyətdə eyni məsuliiyəti daşımalıdır.
Etnik kimliyinə görə, ölkə vətəndaşına qarşı ikili standart yolverilməzdir.
Bu günün qaçırılımış, təhsilsiz qızı sabahın təhsilsiz cəmiyyəti deməkdir. Bu ölkə bizim əsas məqsədimizdir, əsas dərdimizdir, buna görədə biz birləşməyi, ümumi gələcək üçün birləşməyi öyrənməliyik. Bax o zaman güclü cəmiyyət olacağıq. Müxtəlif etnik ümayəndələrin yaşadığı ölkədə etnik kimliyə görə diskrimnasiya təhlükəlidir. Bizim tə bir yolumuz var: bizləşmək və ümumi məqsəd üçün mübarizə aparmaq. Bir-birimizlə sivil münasibətimiz olduğu zaman biz qazanacağıq.