XX əsrin intellektual həyatına ədəbi və fəlsəfi yöndə təsir etmiş son dərəcə əhəmiyyətli qadın olan şəxsiyyət ,feminizmi təbliğ edən fransız yazıçı S.Bovuarın əsərlərinin mahiyyəti haqqında geniş danışmalıyıq. Onun yazdığı əsərlər xüsusilə müasir feminist fəlsəfəsi, ədəbi, sosial və mədəni nəzəriyyələrin diqqət mərkəzini təşkil edir.



Yazar birinci cilddə kişilərin qadınlara verdiyi rollar və sterotiplərdən danışır. İkinci cilddə o, kişilərin onları təsvir etdiyi kimi dünyada qadınların qadın olmasının necə bir şey olduğunu və bunun niyə bir çoxlarında bölünmüş və narazılıq hissi yaratdığını izah etməyə çalışırdı.


Müəllif: Laləzər Qasanova
————–






ავტორი: ლალაზარ გასანოვა