Ellada Rızalı
Çox zaman, bir qadına ən böyük zərəri elə qadın vurur çünki qadınlara pis davrananlarıda,qızına mübarizliyi öyrətməyəndə elə, yenə bir qadın ana olar.Sevgiylə böyüdülmüş,heç bir insan nə özünə haqsızlıq etdirməz, nə də başqa birinin haqqını taptalamaz.
Bunun üçün, önəmli olan bir tək dünyaya uşaq gətirmək deyil, eyni zamanda ona layiqli tərbiyyəni verməkdir. Qadına,uşağa,qocaya,heyvana ümumiyyətlə var olan hərşeyə hörmətlə yanaşmağı öyrətmək hər bir valdeyinin ən başlıca borcudur. Biz unutmamalıyıq ki,indinin böyükləri bir zaman uşaq olub və uşaqkən ailədən öyrəndikləri davranış şəklini başqalarıyla ünsiyyətdə istifadə edirlər.Əlbətdə istisnalar vardır ancaq, ailədə şiddət görən bir uşaq ,böyüdüyündə şiddətə daha çox meyilli olacaq, sevgi görən isə sevgiyə…
Yəqin ki, hərbirimizə tanış mənzərədir, bəzi valdeyinlərin uşaqlarına həvəslə söyünc söyməyi, içkiyi öyrətməyi və yaxudda şiddətə meyilləndirməyi … Ancaq, təssüf ki, bir çox valdeyin belə vərdişlərin, uşağın gəlişiminə nə qədərpis təsir etdiyinin fərqində belə deyillər.
Əgər bir uşağın anası gözü önündə döyülürsə, böyük ehtimal gələcəkdə həyat yoldaşına şiddət göstərəcək burda yenə,biz qadınlara böyük öhtəlik düşür biz uşaqlarımızı, sevgiyə mərhəmətə meyilli böyütməliyik şiddətə deyil.Bu həm uşaqlarımızın həmdə özümüzün gələcəyimiz üçün vacibdir.
Əgər mərhəmətli və sevgi dolu uşaqlar böyüdəriksə,o uşaqlar, bizi heç zaman atmayacaq,qocalığmızda bizə sahib çıxacaq və ailəmiz və cəmiyyətimiz üçün faydalı şəxsiyyətlər olacaqlar. Dünyadakı bütün uşaqların,bir tək ayaığı ilişib yıxıldığında ağladığı bir dünya arzu edirəm. Əgır hüzurlu bir gələcək istəyiriksə,sevgi dolu uşaqlar böyütməliyik…
Uşaqlar bayramınız mübarək,balaca insanlar!
———————————————————