Cinsi sıxışdırma nədir?
Cinsi sıxışdırma ictimai yerlərdə cinsi zəmində ayrı-seçkiliyin formalarından biridir. İctimai məkanda cinsi sıxışdırma şəxsin cinsi kimliyi/gender oriyentasiyası nəticəsində yaranan və qurbanın qəzəblənməsinə, təqib edilməsinə, qorxudulmasına və ya alçaldılmasına yönəlmiş və ya ona səbəb olan istənilən arzuolunmaz qarşılıqlı əlaqə deməkdir.
Gürcüstanda ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında qanununun 2-ci maddəsinin üçüncü prima hissəsinə əsasən, sıxışdırma hər hansı bir əsasla şəxsin təqib edilməsi, məcbur edilməsi və/və ya ona qarşı arzuolunmaz davranışdır, hansı ki, insanı təhqir etmək və ya onun üçün qorxuducu, alçaldıcı, və ya təhqiredici mühit yaranmasına səbəb olmaqdır. Həmin qanunun eyni maddəsinin üçüncü ilkin maddəsinə əsasən, cinsi sıxışdırma bir şəxsə zərər vurmaq və ya qorxuducu, düşmənçilik zəminli, ləyaqəti alçaldan davranışdır, alçaldıcı və ya təhqiredici mühit yaratmaq məqsədi daşıyan, cinsi xarakterli hər hansısa qəsdən törədilmiş şifahi, qeyri-şifahi və ya fiziki davranışdır.
Gürcüstanın Gender Bərabərliyi haqqında Qanununun 6-cı maddəsinin birinci hissəsində əmək münasibətlərində təqib və cinsi sıxışdırma anlayışlarına da aydınlıq gətirilir. Bu tərif Gürcüstanın Ayrı-seçkiliyin Bütün Formalarının aradan qaldırılması haqqında Qanunundakı təriflə eynidir, lakin fərq yalnız cinsi zəminlə təqib hallarına şamil edilir. Qeyd edək ki, qanun 2010-cu ildə qüvvəyə minib və orada təqib və cinsi sıxışdırmanın məzmunu lap əvvəldən verilib, 2019-cu ildə qanuna “təqib” termini əlavə edilərək dəyişiklik edilib.
Əmək Məcəlləsinin 4-cü maddəsinin 5-ci hissəsinə əsasən, iş yerində sıxışdırma (o cümlədən cinsi sıxışdırma) bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş əlamətlərdən hər hansı birinə görə ayrı-seçkiliyin, xüsusən də şəxsə qarşı arzuolunmaz davranışın formasıdır, hansının ki, məqsədi şəxsi təhqir etmək və ya qorxutmaq, düşmənçilik zəminli, alçaldıcı və ya təhqiramiz mühit yaratmaqdır. Əmək Məcəlləsinin 4-cü maddəsində qeyddə həmçinin vurğulanıb ki, bu qanunun məqsədləri üçün cinsi məzmunlu davranış bir şəxsə cinsi ifadələr söyləmək və/və ya ünvanlamaq, cinsiyyət orqanlarını nümayiş etdirmək və/və ya hər hansısa digər şifahi olmayan cinsəllik sərgilləyən fiziki davranışdır.
Əksər hallarda cinsi sıxışdırmanın subyektləri və hədəf qrupları kimlərdir?
Cinsi sıxışdırmq subyektinin və onun hədəf qrupunun müəyyən edilməsi onun mövcudluğunu və məzmununu müəyyən etmək qədər vacibdir. Əksər hallarda zorakılıq edən şəxs rəhbərdir və çox vaxt kişidir və cinsi sıxışdırmanın hədəfi adətən mütəxəssis, katibə və təcrübəçi kimi dövlət qulluğu vəzifələrində çalışan “yaxşı görünüşlü”, “yaxşı geyinmiş” gənc və ya boşanmış qadınlar olur.
Respondentlər həmçinin qeyd ediblər ki, liderlər bəzən qurbanların iqtisadi vəziyyətindən silah kimi istifadə edirlər və işlərinə davam edə bilmək üçün qarşılığında cinsi xidmətlər tələb edirlər. BMT-nin Qadınların hesabatından çıxarışlara görə, cinsi sıxışdırma qurbanları 35 yaşdan kiçik gənc qadınlardır.
Həmçinin diqqətçəkən məqam odur ki, qadın qurbanlar yalnız işdən ayrıldıqdan sonra səlahiyyətli orqanlara müraciət edir və bu barədə açıq danışmağa başlayırlar. Mütəxəssislər razılaşırlar ki, qurbanların təşkilat daxilində vəziyyətdən çıxış yolu tapa bilməməsi işəgötürənlərin diqqətsizliyi və səhlənkarlığıdır.
Zərərçəkmişlər məhkəməyə müraciət etsələr belə, hüquqi mübarizə çox uzun və yorucu ola bilər.
Respondentlərin əksəriyyəti, 97%-i bu fikirlə razılaşmır ki, iş yerində cinsi qısnama barədə məlumat verən şəxs, “söz daşıyandır”. Respondentlərin hətta təxminən üçdə ikisi (64%) cinsi sıxışdırma barədə məlumat vermənin problemi daha da çətinləşdirdiyi fikri ilə razılaşmır.
Ümumiyyətlə, dövlət məmurları cinsi sıxışdırma hallarının bildirilməsinin vacibliyini yüksək qiymətləndirirlər. Respondentlərin əksəriyyəti, 94%-i bu fikirlə razılaşır, təxminən 80%-i isə hesab edir ki, iş yerində cinsi sıxışdırma barədə məlumat vermək zorakılığın qarşısını almaq üçün effektiv üsuldur.
Buna baxmayaraq, tədqiqat nəticələri göstərir ki, bu münasibət praktikada bitmir və dövlət qulluğunda cinsi sıxışdırma hallarının çoxu diqqətdən kənarda qalır.
Gürcüstanda cinsi sıxışdırmanın aşkarlanmasına nə mane olur?
Gürcüstanda cinsi sıxışdırmanın aşkarlanmasına bir neçə əsas faktor mane olur.
– sübut yükünün mürəkkəbliyi;
– Həmrəylik hissinin olmaması;
– Qanunvericilik normalarının olmaması.
Cinsi sıxışdırmanın Gürcüstan hüququ və məhkəmə təcrübəsi üçün kifayət qədər yeni termindir və cinsi sıxışdırma Gürcüstan qanunvericiliyində cəmi bir neçə ildir ki, öz əksini tapıb. Bundan əvvəl Gürcüstan qanunvericiliyi cinsi sıxışdırma anlayışı ilə tanış deyildi və hətta məhkəmə praktikasında belə çox nadir hal idi. Bu konsepsiyanın qanunvericilikdə öz əksini tapmasından sonra bu istiqamətdə ciddi addımların atılması mümkün olub və müvafiq fakt mövcud olduqda ədliyyə orqanlarının istifadə edəcəyi real hüquqi baza, hüquqi baza yaradılıb.
2017-ci ildə Gürcüstan hökuməti Dövlət Qulluqçularının Davranış Kodeksinə dəyişiklik edərək, dövlət qulluqçularının iş yerlərində cinsi sıxışdırmanın qarşısının alınması və onlara reaksiya verilməsi ilə bağlı öhdəliklərini əlavə edib.
2019-cu ildə Gürcüstan parlamenti ictimai məkanda və iş yerində cinsi sıxışdırmanın qarşısının alınması və cavablandırılmasını tənzimləyən keçid qanunu qəbul edib.
Dörd qanuna: Əmək Məcəlləsinə, Xalq müdafiəçisi haqqında qanuna, İnzibati Xətalar Məcəlləsinə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib.
Əksər hallarda, cinsi sıxışdırma hadisələrinin şahidlərinin özləri tərəfindən qəbul edilmir, onlar da qurbana hansı şəkildə kömək edə biləcəklərini bilmirlər.
Nəqliyyatda cinsi sıxışdırma ilə bağlı sorğulardan biri Qadın İnformasiya Mərkəzi tərəfindən 2014-cü ildə keçirilib. Respondentlərin 45%-i cinsi sıxışdırmanın qurbanı olduqlarını bildiriblər, baxmayaraq ki, onlar bunu sadəcə olaraq bilmirlər və ya bunu təcavüz hesab etmirlər.
2014-cü ildə Sosial Elmlər Mərkəzi də iş yerində cinsi sıxışdırma ilə bağlı araşdırma hazırlayıb. Tədqiqatda bir insanın iş yerində cinsi qısnama qurbanı olub-olmaması ilə bağlı birbaşa suala yalnız 3%-i birbaşa müsbət cavab verib, lakin sualın mətni dəyişdikdə məzmun eyni qalsa da, bu nisbət 38%-ə yüksəlib.
Müəllif: Ayhan Həsənov
სექსუალური შევიწროების არსი, ფორმები და მისი იდენტიფიცირების პრობლემები
რა არის სექსუალური შევიწროება?
სექსუალური შევიწროება საჯარო სივრცეში სქესის ნიშნით დისკრიმინაციის ერთ-ერთი ფორმაა. საჯარო სივრცეში სექსუალური შევიწროება გულისხმობს ადამიანთან არასასურველ ნებისმიერი სახის ინტერაქციას, რომელიც გამოწვეულია მისი გენდერული იდენტობით/სექსუალური ორიენტაციით და მიზნად ისახავს ან იწვევს მსხვერპლის გაბრაზებას, შეწუხებას, შეშინებას, დამცირებას.
დისკრიმინაციის ყველა ფორმის აღმოფხვრის შესახებ საქართველოს კანონის მე-2 მუხლის მესამე პრიმა ნაწილის თანახმად, შევიწროება არის ნებისმიერი ნიშნით პირის დევნა, იძულება ან/და პირის მიმართ არასასურველი ქცევა, რომელიც მიზნად ისახავს ან იწვევს პირის ღირსების შელახვას და მისთვის დამაშინებელი, მტრული, დამამცირებელი, ღირსების შემლახველი ან შეურაცხმყოფელი გარემოს შექმნას. იგივე კანონის იმავე მუხლის მესამე სეგუნდა მუხლის თანახმად, სექსუალური შევიწროება არის სექსუალური ხასიათის ნებისმიერი არასასურველი სიტყვიერი, არასიტყვიერი ან ფიზიკური ქცევა, რომელიც მიზნად ისახავს ან იწვევს პირის ღირსების შელახვას ან მისთვის დამაშინებელი, მტრული, დამამცირებელი, ღირსების შემლახველი ან შეურაცხმყოფელი გარემოს შექმნას.
ასევე „გენდერული თანასწორობის შესახებ“ საქართველოს კანონის მე-6 მუხლის პირველი ნაწილიც განმარტავს შევიწროებისა და სექსუალური შევიწროების ცნებებს შრომით ურთიერთობებში. განმარტება იდენტურია „დისკრიმინაციის ყველა ფორმის აღმოფხვრის შესახებ“ საქართველოს კანონში მოცემული განმარტებისა, მაგრამ იმ განსხვავებით, რომ ვრცელდება მხოლოდ სქესის ნიშნით შევიწროების შემთხვევებზე. აღსანიშნავია, რომ კანონი 2010 წელს შევიდა ძალაში და შევიწროებისა და სექსუალური შევიწროების შემადგენლობა მასში თავიდანვე იყო მოცემული, 2019 წელს კანონს, შესული ცვლილებით კი დაემატა ტერმინი „შევიწროება“.
შრომის კოდექსის მე-4 მუხლის მეხუთე ნაწილის თანახმად, სამუშაო ადგილზე შევიწროება (მათ შორის, სექსუალური შევიწროება) არის დისკრიმინაციის ფორმა, კერძოდ, პირის მიმართ ამ მუხლის პირველი პუნქტით გათვალისწინებული რომელიმე ნიშნით განპირობებული არასასურველი ქცევა, რომელიც მიზნად ისახავს ან იწვევს მისი ღირსების შელახვას და მისთვის დამაშინებელი, მტრული, დამამცირებელი, ღირსების შემლახველი ან შეურაცხმყოფელი გარემოს შექმნას. ასევე შრომის კოდექსის მე-4-ე მუხლის შენიშვნაში მითითებულია, რომ ამ კანონის მიზნებისთვის სექსუალური ხასიათის ქცევა არის პირისთვის სექსუალური ხასიათის ფრაზების თქმა ან/და ასეთი ფრაზებით მიმართვა, გენიტალიების ჩვენება ან/და ნებისმიერი სხვა სექსუალური ხასიათის არასიტყვიერი ფიზიკური ქცევა.