Sivilizasiya olunmuş ölkədə cinsi təcavüz olaraq nə hesab edilir? Əlbətdə ki, zorakı tərəfindən bu sadəcə cinsi bir addım və ya təhdid olmaya bilər. Hər zaman ki, qurban cinsi istəklərə itaət etməlidir çünki, əks təqdirdə o zərər görəcəkdir. Cinsi təcavüz eləcədə yersiz zarafatlar, lətifələr, kəliməsiz göstərişlər, xoşa gəlməz toxunuşlar – yəni, qadın üçün uyğun olmayan və narahat edən hərəkət. Qadının iş yerində cinsi maneəyi aradan qaldırmaq üçün hər bir standartı əvvəlcədən qəbul edə bilər.
Cinsi təcavüzün əsas nişanəsi diqqətin xoş olmayan ifadəsidir. Bunun sevgi məktublar olmasıda mümkündür. Xoşa gəlməyən telefon zəngləri, təriflər və mahnılar da cinsi təcavüz olaraq qəbul edilir.
Cinsi təcavüz bu şəkildə təsvir edilir:
- Cinsi təkliflər, cinsi yaxınlıq istəkləri və cinsi zəmində işlədilən digər sözlər və ya işin qəbul etmə/qoruma vəziyyəti ilə əlaqəli olan fiziki hərəkətlər;
- Qadının işə qəbul olması və ya işdə qalmasında aparıcı rol oynayan, oxşar təkliflərə qadının məcburi razılığı və ya etirazı
- Belə hərəkətlərin məqsədi və ya nəticəsi iş yerindəki əmək məhsuldarlığına və ya iş yerində haqsızlıq, düşmənçilik və dəhşətli atmosferə təsir göstərir
Cinsi təcavüzün birnecə nişanəsidir:
- Şifahi: cinsi xarakterli göstərişlər, təhqirlər, təkliflər, zarafatlar;
- Qeyri şifahi: Bir çox şey ifadə edən baxış, təhqiredici səslər çıxarmaq, məzəli jestlər
- Fiziki: toxunuşlar, əlaqə, nəvaziş, cinsi akta məcbur etmə və ya təcavüz məqsədi ilə hücum;
Cinsi xarakterli hərəkətlərdir:
- Qadın üçün xoşa gəlməz və qəbul edilməz cinsi xarakterli hərəkətlər və təkliflər: bədənin fərqli yerinə əllə toxunma, nəvaziş, qucaqlama, öpmə və ya digər qadına qarşı törədilmiş oxşar fiziki əlaqə.
- Cinsi məzmunlu istəklər və göstərişlər – gözləntilər, görüşə məcbur etmə
- Qadına qarşı qəbul edilməz şifahi təhqir və ya lətifələr, bunlar arasında cinsi xarakterli. Burada eləcədə milli və ya irqi mənsubiyyətə məqsədyönlü təhqirlər, həmçinin fiziki görünüşə, fiquraya atılan sözlər, bu halın tərbiyə sərhədini keçdiyi zaman. Bununla yanaşı cinsi məzmunlu məzəli lətifələr;
- Əməkdaşlara qorxuducu, düşmançıl, dözülməyən mühit yaratma və xoşagəlməz danışıqlar, təkliflər, istəklər və tələbatlarla fiziki və ya cinsi xarakterli diqqətin biruzə verilməsi
İş yerində cinsi təcavüz probleminə ictimayyət və mediya daha çox diqqət yetirməyə başlayıb. Termində heçbir dəyişiklik yoxdur, ancaq keçmişdə bu ya şəxsi problem olaraq hesab edilirdi ya da yox sayılırdı hansı ki, qurbana işi tərk etməkdən başqa heçbir çıxış yolu buraxmırdı. İşlə təmin edilən qadınların sayının artması ilə birgə cinsi təcavüz yayılmış bir hadisə halını aldı və insan hüquqlarının pozulması kimi qəbul edildi. Bununla birgə bu hadisələr ətrafında hörülmüş süküt divarı yıxılmağa başladı.