Zorakılıq

Erkən evlilik

Ümumi olaraq qəbul edilmiş təsvirə əsasən, “erkən evlilik” partnyorlardan biri və ya hər ikisinin 18 yaşından az olan termini iki insan arasındakı hüquqi və ya ümumiləşdirilmiş əlaqəni nəzərdə tutur. Erkən evlilik adətən “Uşaq evliliyi” adlandırılır. Erkən evlilik ümumiyyətlə insan hüquqlarının, əsasəndə uşaq hüquqlarının pozulması kimi hesab olunur, çünki, o yaşda uşaqlar evliliyə azad olaraq,  dərk edilmiş və məlumatlandırılmış şəkildə razılıq verə bilmirlər.

Gürcüstanda erkən evlilik problemi aktual olmuşdur və günümüzdə də  bu hal davam etməkdədir. Digər məyyarlarla birgə, bu gender, mədəni, dini, milli və ya regional məyyarları da əlaqələndirir. Erkən yaşda evlilik sırf iki şəxs arasındakı mövcüd problem deyil, mövzü daha da böyük miqyaslıdır və bütün cəmiyyət qarşısında duran ən ciddi sosyal-mədəni problemlərdən birini əks etdirir. Cəmiyyətdə yayılmış fikirlər hansı ki, ailə arası işlərə qarışmağın,  qanun pozulduğu zaman belə düzgün olmadığını nəzərdə tutur,  erkən evlilik təcrübəsinin ciddliyinə dəstək olur.

Dünyada erkən yaşda evlənən oğlanların sayı qızlarla müqayisədə daha azdır. Buda erkən evliliyin bir növ gender zəmnində edilən zülmün ifadə edilmiş nişanəsidir və qadın ayrı-seçkiliyinin təsirli amilidir.

Rəsmi göstəricilərə əsasən, Gürcüstanda yaşayan qadınların 17%-i 18 yaşı tamam olmadan evlənib. Gürcüstanda erkən yaşda evliliyin qanuni tənzimləməsi beynəlxalq yanaşmalara müvafiqdir, ancaq gerçəkdə fərqli vəziyətlə qarşı qarşıyayıq. Erkən evlilik adətən rəsmi şəkildə qeydiyyatdan keçirilmir (16 yaşına çatmayan şəxs rəsmi şəkildə evliliyini qeydiyyatdan keçirə bilmir), buna görədə qeydiyyatdan keçirilmiş evliliklər haqqında məlumat mövcud deyil. Yaş həddi qruplarına əsasən erkən evlilik statistikasının müəyyən edilməsi praktiki olaraq mümkün deyil.

Gürcüstanda erkən evlilik təcrübəsi və göstəriciləri milli kimlik,din və regionalara görə kəskin şəkildə dəyişir. Misal üçün, valideynlərin elçiliyi vasitəsi ilə evlilik müxtəlif milli və dini qruplarda, xüsusən də regionlarda daha yayğındır. Bir çox digər səbəblərlə yanaşı bu qrup nümayəndələrinin ictimaiyyətdə ki, qeyri müvafiq inteqrasiyasıda mövcüddur. Bir çox qız gürcü dilini müvafiq dərəcədə bilmir, nəticədə bu hal onların cəmiyyətdən kənarlaşmalarına yol açır və beləcə onlara təhsil almaq, gələcək kariyeralarına qayğı göstərmək və peşə istiqamətində inkişaf üçün geniş seçim qalmır. Ailə arası işlərə qarışmağın,  qanun pozulduğu zaman belə düzgün olmadığını nəzərdə tutan cəmiyyətdə yayılmış fikirlər, erkən evlilik təcrübəsinin ciddliyinə dəstək olur.

Bundan əlavə erkən evlilik anlayışı yerli qanunveriliçiklə üst-üstə düşmür. Elə hallar mövcuddur ki, az yaşlı qızı evlənməyə ailə (ailədəki kişilər) məcbur edir. Bu qəddar hadisəni aradan qaldırmaq üçün, 2015-ci ilin 1 aprelindən, Gürcüstanın Cinayyət Məcəlləsinə 1501-ci maddə (“evliliyə məcbur etmə”) əlavə edildi.

Erkən evlilik problemi 2013-cü ildə Xalq Müdafiəçisinin hesabatında yer aldı. Ombutsmanın qiymətləndirməsinə görə, ən çox narahatçılıq yaradan erkən yaşda evliliyə məcbur edilmə hallarıdır,
hansı ki, qaçırılma və ya ailələr arası elçiliyin nəticəsidir. Xalq müdafiəçisi Gürcüstanın Təhsil və Elm Nazirliyinin göstəricilərnə də diqqət yetirdi, hansına ki, əsasən 2011- ci ilin oktyabr ayından 2013-cü ilin yanvar ayınadək Gürcüstanın ictimai və özəl məktəblərin də əsas səviyyə(baza səviyəsi) pilləsini tamamlamadan 7 367 qızın təhsilini dayandırmışdır və burada bir çox halların səbəbi məhs erkən evlilik olmuşdur. Təhsilin dayandırılması hadisələri Kvemo Kartli regionun xüsusi şəkildə yüksəkdir.

Erkən evliliyin sosial və iqtisadi nəticələri

Ailə qurma qərarı alan şəxs buna prisxoloji, fiziki və sosyal şəkildə hazır olmalıdır. O, ailə anlayışını dərk etmiş olmalıdır, öz qərarının risk və nəticələrinə hazır olmalıdır. Ailə qurma qərarının qəbul edilməsi tamamən ölçüb-biçilməli və qəti şəkildə qəfil hisslərəəsasəlanmamalıdır. Ailə bir neçə insanın birgə yaşamağıdır, bunlar arasında sadəcə partyorla yaşamağın planlaşdırılması deyildə, uşaqlar üzərində götürülmüş böyük məsüliyyət və cavabdehlikdə mövcddur.

Erkən evlilik evlilikdə olan şəxslər xüsusəndə qadın üçün, demək olar ki, hər zaman sosyal-iqtisadi təhlükədir və bununla başa çıxmaq tam şəkildə mümkün deyil. Əgər erkən yaşda ailə qurmaq risklərini analiz edərsək, bunlar arasında bir çox vacib problem kəşf edərik:

 

  • Təhsildə problemlər

Erkən yaşda evlənmiş yeniyetmə üçün ailə təhsilin davam edilməsi üçün böyük maneəyə çevrilir. Partyorlardan hər ikisidə təhsil prosesini ya yarımçıq şəkildə davam etdirməlidir ya da ki, tamamən dayandırmalıdır. Beləliklə ali təhsil almaq şansı bu vəziyyətdə dahada azalır, uşağın dünyaya gəlməsilə isə tamamən yox olur, çünki  partnyorlar məişət məsələləri ilə məşğul olmaq məcburiyyətində qalırlar. Bu vəziyyətdə, daha yaxşı gələcək və təhsil üçün nəzərdə tutulan resurs mövcud problemləri həll etmək üçün istifadə olunur.

  • Gəlir problemi

Erkən yaşda evlənən yeniyetmələr sabit və gəlirli iş tapa bilmədikləri üçün (bunun səbəbi onların peşəüzrə bilik-qabiliyyətlərinin olmaması və alınan təhsilin yetərsizliyidir) ağır iqtisadi problemlər qarşısında dururlar. Onların gəlirləri çox az və qeyri sabitdir, bəzən isə cütlüklərin hər ikisidə işsizdir. İbtidai həyat şəraitinin dözülməz yükü, başqalarına (əsasən valideynlərə) iqtisadi asılılığın daimi yükü tez-tez gənc ailələri aşılmaz psixo-emosional problemlər qarşısında qoyur. Uşağın ehtiyaclarının və ya şəxsi əsas ehtiyacların təmin edilməsi mümkün olmadıqca cütlükdə bölünmə və müntəzəm münaqişə üçün əsaslar ortaya çıxarır.

  • Dəyərlərin unudulması

O erkən yaşdakı şəxslər evlilik qərarı aldıqları zaman, hələ onların psixo-sosyal vəziyətləri tam şəkildə formalaşmır olmur. Bu o mənaya gəlir ki, onların gələcək planlarında ki, dəyərlər oriyentiri, müxtəlif mövzular haqqında düşüncələri, ağız dadları, istək və maraqlarıəksər hallarda dəyişir. Bu növ hallar cütlük arasında erkən yaşda qurulmuş ailənin dağılmasına səbəb olur.əlbətdə ki, boşanma hadisələri böyüklər arasında baş verir, ancaq statistikaya görə Gürcüstanda boşanma hadisələrinin böyük hissəsini məhs erkən yaşda qurulmuş ailələr təşkil edir.

 

  • Tibbi təhlükə

Psixo-Sosyal problemlərlə yanaşı, sağlamlıq baxımından erkən yaşda evlənən qızlar üçün real təhlükə yaranır, hansıların ki, fiziki inkişafı hələ yeniyetmə mərhələsindədir və hecbir durumda cinsi əlaqəyə, analıqa, abort prosedurlarına və bütün bunların yaratdığı qadın xəstəliklərinə hazır deyildir. Yeniyetməlik yaşında mövcud hamiləlik və doğum qızların sağlamlığına zərər törədir və nəticədə ciddi xəsəliklərin ortaya çıxma ehtimalını yüksəldir. BMT-nin əhali fondnun (UNFPA) illik hesabatına əsasən (“uşaqlıqda analıq” 2013 il), inkişaf etməkdə olan ölkələrdə hər il 7 milyondan çox həddibuluğa çatmamış qız dünyaya uşaq gətitir, bunlar arasında iki milyonunu 14 yaşına belə çatmamış qızlar təşkil edir. Eləcəd inkişaf etməkdə olan ölkələrdə hər il təxminən 70 000 yeni yetmə qız hamiləlik və doğumla bağlı problemlərdən dolayı həyatını itirir, qeyri təhlükəsiz şəkildə keçirilən abortlardan isə 3,2 miliyon yeniyetmənin həyatını itirməsinə səbəb olur.