Təsəvvür edin sizin evdə 14 yaşında bir bacınız və yaxud qızınız var. Bu qızı oğurlayıb (qaçırtmaq deyil) aparıb bağlayırlar kimsəsiz bir yerə. Orda isə həmin qızı elə yumşaltmadan, olduğu kimi desək, zorlayırlar. Buna isə polis reaksiya göstərmir. Sizə necə təsir bağışlayar?
Ümumiyyətlə bu sualı kimə versək, heç kəs yaxşı cavab verməz. Təbii ki, şərəfsizlərdən başqa. İnsana gərək layiq olduğu adı verək. Bəs kimlərdir bu şərəfsizlər? Həmin şərəfsizlər ətrafında zorla evləndirilmiş (yəni zorlanmış) bir insanı gördükdə susanlardır. Bəs sual verəndə hər kəs xeyirxah insana çevrilir ki, bəs qəbuledilməzdir bu. Siz bir insanın həyat eşqini, azad yaşama hüququnu əlindən almaqda ortaqlığınıza nə ad verək?
Unutmadan bizim saxta millət vəkillərini də yad edək. Onların da bu zorlamada payı var. Heç utanırsınız? Bu illər ərzində bir qanun layihəsi təqdim edib xalqın dərdinə ortaq ola bilməzdiniz? Ola bilməzdiniz, çünki siz saxta vəkilliklə saxta işlərlə məşğulsunuz. Verdiyimiz vergidən maaş alıb, boğazınızı yağlayırsınız.
Haramınız olsun!
Allahınız varsa, olacaq.
Vicdandan onsuz da uzaqsınız.
Elmeddin Memmedov