“Hər ikisi yoldaşımnan aramı pozmaq üçün əlindən gələni edirdi”- üç ildir baldız və qaynənəylə yaşayan gəlin çəkdiyi çətinliklərdən danışır.
“Yoldaşım ailənin kiçik oğlu olduğu üçün, atasının evində yaşamalı idik. Evləndikdən sonra qayənənəm və baldızımla yaşamağa başladım. Baldızım həmişə istəyirdi mənimlə qaynənəm, ərimin arasında narahatlıq yaratsın.Qaynənəmə dəqiq “xalq gəlinlərinin saçınnan tutub, it bağlanan yerə bağlayır” demişdi. Qaynənəm də gah onun, gah da mənim tərəfimi tuturdu. Eyni zamanda ərim evdə olmayanda mənə deyirdi ki, guya ərim məndən nifrət edir. Əgər evin bir küncündə kiçik bir toz zərrəciyi, ölmüş milçək bunun günhakarı mütləq mən idim.Mənim hər hərəkətim onları qıcıqlandırırdı. Özləri ibadət etdiyi halda, mənim namaz qılıb, oruç tutmağıma da qarışırdılar. Həmişə məni inandırırdılar ki, guya mən xəstəyəm mənə oruç düşmürmüş. Halbuki mənim oruca mane olacaq bir xəstəliyim yoxdur. Bu haqda mollalara dəfələrlə soruşmuşam. Oruc tutan vaxtda isə halsız olmurdum, özümü yaxşı hiss edirdim. Bəzi kiçik problemlər üçün bir neçə dəfə Tbilisə həkimə getmişdim. Heç biri mənimlə həkimə gəlmək istəmədi. Daha sonra da yoldaşımı inandırdılar ki guya mən həkimə deyil yeyib-içməyə getmişəm. Yoldaşım hər nə qədər mənə etibar etsədə bir müddət sonra onun da fikirləri dəyişməyə başladı.
Tozu Gülmamedova
—————————
ცხოვრება დედამთილთან და მულთან ერთად