24 yaşlı Rebekka Lagodekhi rayonunun Apeni kəndində özünün Gardenland Edemi adlı fermasında işləyir. Rebekkanın 2500 m2 yerində siz,dekorativ ağaclara, nadir çiçək növlərinə, müxtəlif meyvə ağaclarına, tərəvəzlərə rast gələ bilərsiniz. Fotoqraf olan Rebekkanın biznes idarəçiliyi haqqında təhsili var və bağçılıq öyrənir. Tiflisdə yaşamaqdansa, öz kəndində, sevdiyi işi görmək ona daha maraqlı gəlib. İki yaşlı övladını tək böyütməsinə baxmayaraq, düzgün vaxt idarə etməsi sayəsində hər işini çatdırır və gələcək üçün cəsarətli planları var. Bu gün fəaliyyət sahəm kənd təsərrüfatının sahələrindən biri olan bağçılıqdır. Xüsusilə bitkilərin çoxalması, qulluq, böyümə və inkişafına nəzarət edirəm. Bitgiləri yetişdirərkən kimyəvi gübrələrdən istifadə etməməyə çalışıram. Ən lazımlı və məcburi vasitələri seçirəm ki, bitkini zərər və məhv olmaqdan qoruyum. Bizi tanıyan hər kəs məhsullarımızı bio-ferma prinsipi ilə istehsal etdiyimizi bilir. Əvvəllərdə indi də eyni şeyi düşünürəm: nə kişi qadını, nə də qadın kişini maddi saxlamağa(maddi olaraq) məcbur deyil. Kişi ilə qadın arasındakı münasibəti müəyyənləşdirilmiş, razılaşılmış olmalıdır ki, ailədə bu məsələ problemə çevrilməsin. Maddi cəhətdən müstəqil bir qadın çox özünə inamlı, öz qabiliyyətlərindən əmin olur. Kişilərin dediyinə görə, qadınlar onlardan “aşağıdadır” və qadından daha çox çalışması tələb olunur. Qadın özü, qonşuları, ailəsi, qohumları və ölkə qarşısında da məsuliyyət daşıyır. Bağışlayın! Qadın yalnız özü və uşağına qarşı məsuliyyət daşıyır! Maddi cəhətdən azad qadın isə bunun nümunəsidir.
ტექსტის ქართული ვერსია იხ:
sapari.ge