TamtaTodadze bildirir ki, keçən həftənin birinci günü, iş saatında sakrebulo deputatı İlia Jişkarianinın majoritar biurosuna, xalqı qəbul etdiyi yerə, alkohollu içki gətirib və onada içməsini təklif edib. Tamta bildirir ki, o, çox az içib. Daha sonra ofisə deputatın iki yaxını gəlib və onlarda içməyə başlayıb. Bir neçə saatdan sonra gələnlər getdikdə onlar ofisdə tək qalıb. “Məni qucaqlamaq istədiyini dedi, bunun dostca qucaqlaşma olmadığını başa düşdüm. Dedim ki İlia bəy neynəyirsiniz? Əlinizi çəkin, – onun cavabı isə “xoşuna gəlmirmi” oldu.
Bu vaxt telefonu gördüm ona yalandan dedim ki, bütün bunları çəkirdim. Görünür o buna inanmışdı. Bunu dedikdən sonra məni buraxdı və telefona tərəf getdi. Buna qədər məni yerə itələdi, əl-ayaqlarıyla zərbə yetirdi, sonra telefonumu bir neçə dəfə yerə vurdu, sənin subutların hanı deyə qışqırdı- Tamta Todadze danışır. Onun dediyinə görə ofistən birtəhər çıxıb yaxında yerləşən evinə gedib və anasının telefonuyla polis çağırıb. “Polisə yalvarırdım ki, gəlin onu saxlayın, mənə dedilər maşın göndərmişik. Amma düşünürəm ki, yalan deyirdilər çünki gecə saat 3-də ofisə getdiyimizdə hər şey yığışdırılmışdı. Müraciətdən bir həftə keçməsinə baxmayaraq prokrorluq onu zərərçəkən kimi tanımır deya Todadzenin vəkili istintaqın sənədləriylə tanış ola bilmir.
Tamta Todadze bildirir ki, Mən mübarizəmi dayandırmayacam. İddiami təsdiqləyəcək bir çox sübutum var. Bu tək mənim mübarizəm deyil, əminəm ki, Gürcüstanda bir çox qadın eyni şeyləri yaşayıb. Mənim əsas tələbim qanunun icazə verdiyi çərçivədə istintaqın əsaslı aparılması və nəticədə ədalətin qalib gəlməsidir. Bu vaxtadək mən zərərçəkən kimi tanınmıram, istintaq üçün lazimı tədbirlər görünmür. Mənim cəmiyyətin dəstəyinə ehtiyacım var. Onun hüquqlarını qadın hüquqları təşkilatı “Sapari” qoruyur.
https://sapari.ge/archives/7240