Uşaqlar ən böyük sevinc və xoşbəxtlikdir, bununla yanaşı böyük məsuliyyət tələb edirlər. Çox vaxt böyüklər onların hər addımında ola biləcək təhlükələr haqqında çox düşünmürlər. Sizə uşağa təhlükəsiz mühit yaratmağa kömək edəcək məsləhətləri təqdim edirik. Təhlükəsiz
- Uşağın profildən çəkilmiş şəklini və digital barmaq izlərini təhlükəsiz və etibarlı yerdə saxlamalıyıq..
- Uşağın ev/ata/ananın nömrəsini və ünvanı bildiyindən əmin olmalıyıq.
- Uşağa patrulun nömrəsinin necə yığıldığını və zəng etdikdə necə danışmalı olduğunu öyrətməliyik. Bu haqda repetisyayı bir neçə dəfə təkrar etməliyik.
- Uşağın harada olduğunu hər zaman bilməliyik, eynilə onlarda bizim harada olduğumuzu bilməlidirlər.
- İctimai tualetlərdə onları heç vaxt tək qoymamalıyıq.
- Uşağın yanında daimi böyüyü olmalıdır.
- Uşağın adı görünən yerdə olmamalıdır, məsələn: velosipedə, çantaya, paltara, oyuncaqlara yazılmamalıdır.
- Uşaq bilməlidir ki, evdən uzaqda tanımadığı və ya uzaqdan tanıdığı şəxslə danışmaq olmaz.
- Kitab və ya oyuncaq mağasında uşaqları heç vaxt tək qoymamalıyıq. Uşaqların alış-veriş mərkəzləri və stadionlarda tək gəzməklərinə icazə verməməliyik.
- Əgər uşaq itərsə, əvvəlcədən bildirməliyik ki, bizi axrıncı gördüyü yerdən uzaqlaşmasın.
- Uşağın dostlarının kim olduğunu, onların valideyinlərinin nömrələrini və ünvanlarını bilməliyik.
- Uşağımızın məktəbə və ya dostunun yanına gedərkən mindiyi marşutları bilməliyik.
- Uşağın ətrfaındakılara aqressiv və nifrətli davranışlarına diqqət yetirməliyik. Çalışmalıyıq ki bunun səbəbini öyrənək.
- Bizim bir yaxınımız uşağa yersiz və həddindən artıq yaxinliq göstərdiyində diqqətli olmalıyıq.
- Uşağın konkret şəxslərdən qorxusunu yersiz adlandırmamalıyıq, hətta biz əsassız olduğunu düşünsək belə.
- Uşağı inandırmalıyıq ki, nə olur-olsun biz onun köməyinə gələcəyik.
- Uşağa hücm zamanı özünü necə qorumalı olduğunu və sığınma tapmalı olduğunu öyrətməliyik.
Körpələrin valideyinlərinə məsləhət.
Əziz valideyinlər, çalışın uşağınızı qorxutmayın, ancaq çalışın bu qaydaları öyrətməyə nail olun.
- Heç vaxt başqasının avtomobilinə minməsin, əgər kimsə bunu təklif edirsə mütləq valideyininə bildirsin.
- Hər zaman dostlarıyla oynasın.
- Böyüklərin icazəsi olmadan, heç vaxt başqasının verdiyi hədiyyə və ya şirniyyəti qəbul etməsin.
- Heç vaxt yad adamla harasa getməyə razılaşmasın.
- Əgər tanımadığı şəxs avtomobildə oturmağı və harasa getməyi təklif edirsə var gücüylə qışqırsın.
- Öz ünvanını və telefon nömrəsini xatırlasın, eyni zamanda lazım olduqda 112-yə zəng etsin.
- Heç vaxt tanımadığı şəxsin ona toxunmasına icazə verməsin. Əgər kimsə onun istəyi olmadan toxunubsa, bu haqda mütləq valideyinlərinə bildirsin.
- Uşaq hər vaxt xatırmalalıdır ki, valideyinləri onu sevir və düzünü dediyi üçün heç vaxt cəzalandırmayacaqlar.