Zorakılıq

Aşağı sinifdə oxuyan uşaqları və yeniyetmələri zorakılıqdan qorumaq üçün nə öyrənməlik?

Aşağı sinif şagirdləri üçün məsləhətlər

  • Valideyninə haraya getdiyin haqqında məlumat ver
  • Sadəcə dostlarınla birgə gəz
  • Əgər kimsə sənin məktəbinin və ya oyun meydaçısının yaxınlığında boş-boşuna gəzdiyini görərsən mütləq bunun haqqında ya müəllimənə ya da valideyninə məlumat ver. Həmin insanın necə göründüyünü yadında saxlamağa çalış. Misal üçün, uzun boyludurmu yoxsa qısamı, qarayağızdırmı yoxsa sarı, nə cür maşını var?
  • Gecələr xalq olmayan yerlərdə valideynlərin yanında olmadan çıxma
  • Tanış olmayan insanlardan hədiyyə götürmə
  • Kimsə sizə onunla gəzintiyə çıxmağı təklif etsə bunun haqqında valideynlərinə məlumat ver
  • Əgər nədənsə qorxarsan, çox xalq olan yerdən qaç
  • Nə qədər pis olsanda problemlərin haqqında sənə çox yaxın olmayan insanlardan başqasına bunun haqqında danışma
  • Qapıyı kimsəyə açma və qapı arxasındakının suallarına da cavab vermə
  •  Əgər kimsə evə zorla daxil olmaga çalışarsa, polisə (112) zəng et, sonra pəncərəni aç və “kömək edin” deyə yüksək səsdə çığır
  •   Əgər yolda gedərkən və qıraq maşından biri səni getdiyin yerə aparmağı təklif edərsə,  səni getdiyin yerə və ya evə aparacağını desə belə, yaxın durma və maşına oturmağa qəti şəkildə razılaşma
  • Yadında saxla: heç kimin sənə toxunmağa ixtiyarı yoxdur, bunu güvendiyin insanalara deməyə utanıb, çəkinmə
  • Əgər kimsə top modellik və ya kino/televiziya kariyerası təklif etsə bunun haqqında mütləq valideynlərinə məlumat ver
  • Əgər kimsə səni qorxudarsa, cəld, təhlükəsiz, çox insan olan bir yerə qaç
  • Səni kimsə bir yerə dəvət edərsə, mütləq bunun haqqında valideynindən icazə alın

Yeniyetmələr üçün məsləhətlər

  •         Evdən qaçma! Əgər həyatın çox çətindirsə, bunun haqqında müəllimənə, həkimə və ya kimsəyə, hörmət etdiyin birinə danış. Evdən qaçarsan səni narko biznesə, pornografiyaya və ya komersional cinsi industriyaya çəkmək istəyən insanların yanında tapacaqsan özünü
  •     Sənin çətin vəziyyətlərin zamanı dostluq təklif edən insanlarla ehtiyyatlı ol. Yadında saxla, özünü yalnız və alçaldılmış hiss edərsənsə, zorakı üçün asan şəkildə ələ keçirilə bilən kimi görünəcəksən və o şəxs özünü sənə qayğı göstəririmiş kimi göstərəcək.
  •         Xalq olmayan və ya tanımadığın yerlərdə heç bir növ görüş üçün razılaşma. Sənə yüksək aylıq təklif edən insanlarla əlaqədə ehtiyatlı ol. Əgər iş axtarırsansa yaxın insanlardan yardım istə.
  •       Heç bir vaxt yad insanların şəklini çəkməsinə icazə vermə. Onların “bütün məhşur insanlar belə başlayırlar” sözənlərinə inanma
  •         Heç bir zaman yad adamın maşınına oturma, avtostopla heçbir vaxt yolçuluğa çıxma.
  •         Dostlarınla birgə gəz
  • Tənha yerlərdə gəzmə, xüsusəndə gecələr
  •         Getdiyin yerlər haqqında valideynlərinə məlumat ver əgər planlar dəyişsə yenədə bunun haqqında mütləq xəbər et.
  •         Yadında saxla: heç kimin sənə toxunmağa ixtiyarı yoxdur, bunu etibar etdiyin insanalara deməyə utanıb, çəkinmə
  •         Əgər kimsə sənin məktəbinin və ya oyun meydaçısının yaxınlığında boş-boşuna gəzdiyini görərsən mütləq bunun haqqında ya müəllimənə ya da valideyininə məlumat ver. Həmin insanın necə göründüyünü yadında saxlamağa çalış.
  • Hisslərinə etibar et! əgər qorxursansa deməli səbəbi var.