İctimaiyyət

Azərbaycan, Gürcüstan və Ermənistan selektiv abortlara görə “liderdir”

Dünya üzrə son bir neçə onilliyin doğuş statistikasını öyrənən alimlər aşkar ediblər ki, bir neçə ölkədə yeni doğulan körpələr arasında kəskin cinsiyyət fərqi yaranıb – oğlan uşaqlarının sayı artmaqdaykən qız uşaqlarının sayı azalmaqda davam edib.

Üç keçmiş sovet respublikasında – Azərbaycan, Gürcüstan və Ermənistanda selektiv abortların kəskin artışı SSRİ-nin süqutundan sonrakı 1991-92-ci illərə təsadüf edir. Həmin illərdə bu ölkələrdəki ümumi doğuş sayı da azalıb.

Hazırda Gürcüstanda nisbət bərabərləşib, amma Azərbaycanda və Gürcüstanda selektiv abort təcrübəsi hələ də geniş miqyasda tətbiq edilməkdədir. 2017-ci ildə bu ölkələrdə hər yeni doğulmuş 100 qız uşağına 112-113 oğlan düşüb.

200 ölkədə 1970-2017-ci illər aralığındakı doğuş statistikasını araşdıran Amerika və Sinqapur alimləri bəzi anomaliyalar aşkar ediblər – ayrı-ayrı zaman kəsiklərində yeni doğulmuş körpələr arasındakı cinsiyyət nisbətləri kəskin şəkildə dəyişib.

Məsələn, 2005-ci ildə Çində hər yeni doğulan 100 qız uşağına 118 oğlan düşüb. 2018-ci ildə Hindistanda bu nisbət 111 olub.

Oğlan uşaqlarının sayındakı anormal artım daha doqquz ölkədə müşahidə edilib – Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Vyetnam, Tayvan, Tunis, Monteneqro və Cənubi Koreya.

Mənbə: BBC Azırbaycanca

სამ პოსტსაბჭოთა ქვეყანაში: სომხეთში, აზერბაიჯანსა და საქართველოში სელექციური აბორტის რიცხვის ზრდა სსრკ-ის  დაშლის შემდგომ პერიოდს – 1991-92 წლებს ემთხვევა. ამ წლებში მითითებულ ქვეყნებში ზოგადად შობადობაც შემცირდა.

ამ ეტაპზე ეს შედარება დაბალანსებულია, მაგრამ საქართველოსა და აზერბაიჯანში სელექციური აბორტი კვლავ გავრცელებულია. 2017 წელს ამ ქვეყნებში ყოველ დაბადებულ  100 გოგოზე 112-113  ბიჭია დაბადებული.

bbc.com